Masalli folkloru 2



Yüklə 1,65 Mb.
səhifə48/188
tarix01.01.2022
ölçüsü1,65 Mb.
#102812
1   ...   44   45   46   47   48   49   50   51   ...   188

Qatıq əhvalati



Bir dəfə qışa hazırlıq məqsədilə Cəfəri meşəyə odun gətirməyə göndərirlər. O vaxt Cəfər Hacı Vəlinin evində ya­şa­dığı üçün ərzaq tədarükünü də Hacı Vəlinin arvadı elə­miş­miş. Cəfər arabanı qoşub gedir meşəyə, odunu qırıb yığır ara­baya. Günorta vaxtı çatanda yemək boğçasını açıb yemək is­təyir. Görür ki, boğçada bir badya qatıqla bir ədəd çörək var. Cəfər bərk hirslənir. Çörəklə bir təhər naharını yola verir, qa­tı­ğasa əl vurmur. Arabanı sürüb gəlir evə tərəf. Kəndə bir ağac yol qalmış qatığı götürüb tökür kəllərin üstünə, əməlli-başlı onları bələyir qatığa.

Günəş günortadan keçdiyi üçün Hacı Vəli narahat olur ki, Cəfər niyə gecikir. Baxır ki, bir araba gəlir, amma kəllər ağdır. Axı Cəfər qara kəlləri qoşmuşdu. Araba kəndə çatanda Hacı Vəli məsələni başa düşür. Ondan niyə belə elədiyini soruşanda Cəfər deyir:

– Qatıq hara, meşə hara, get arvadından soruş.


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   188




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin