Masalli folkloru 2


Mollalar düşüblər Zülfüqarın çayına



Yüklə 1,65 Mb.
səhifə61/188
tarix01.01.2022
ölçüsü1,65 Mb.
#102812
1   ...   57   58   59   60   61   62   63   64   ...   188

Mollalar düşüblər Zülfüqarın çayına



Günlərin birində kəndin mollaları Molla Qulamhü­seyn­dən xəbərsiz Molla Zülfüqarın evinə ehsan yeməyə gedirlər. Ehsandan qayıdarkən bu mollalar ağac körpüdən hamılıqla bir­dən keçərkən körpü tab gətirmir, ağırlıqdan sınır, mollalar da çaya düşürlər, islanıb əzilirlər. Bundan bərk pərt olan mol­lalar and içib sözü bi yerə qoyurlar ki, bu barədə heç kimə bi kəlmə də deməsinlər. Yoxsa Qulamhüseyn bilər, onları lağa qoyub biabır edər.

Hadisədən bir müddət keçir, necə olursa, Qulamhüseyn bundan xəbər tutur. Məclislərin birində Quran oxuyarkən Qu­lam­hüseyn kişi bu işdən agah olduğunu mollalara anlatmaq üçün ayələrin birinə “mollalar düşüblər Zülfüqarın çayına” mənasında həmqafiyə deyir:

Əlləzinə kəfəru

Məlon peş bən bə Zülfiqari ru...

Bunu eşidən mollalar bir daha əmin olurlar ki, Qu­lamhüseyn kişidən heç nə gizlətmək olmaz.


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   188




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin