Masalli folkloru 2



Yüklə 1,65 Mb.
səhifə64/188
tarix01.01.2022
ölçüsü1,65 Mb.
#102812
1   ...   60   61   62   63   64   65   66   67   ...   188

Fətullanın çuxası



Yeddi qardaşın geyməyə bir çuxası varmış, o da ataları Fətulladan yadigar qalmışdı. Səhər tezdən hansı qardaş yuxu­dan tez oyanardı, o, bu çuxanı geyərdi. O vaxtdan bir şeydən çox istifadə edəndə Mahmudavarda deyərlər: Məgər bu, Fə­tullanın çuxasıdır?

Donuz soyan Demon



Mahmudavarda Demon adında bir xristian mütəxəssis müvəqqəti yaşayırmış. O, tez-tez Talış meşələrinə gedər, çöl do­­nuzları ovlayıb gətirər, ətini kabab edib yeyərdi. Adamlar çox vaxtı onu donuz soyan görərdilər. O zamandan bəri mah­mu­da­varlılar gecə-gündüz əli işdə olan, hey əlləşib çalışan bir adama mənfi mənada deyərlər: Donuz soyan Demondur elə bil.

Bu sözün başqa yozumu da var. Demon kənddə heç kə­sin maraq göstərmədiyi, şəriətdə yeyilməsi haram olan donuz soymaq, ətini yeməklə məşğul olmuşdu. Odur ki, nadir-qəribə işlərlə məşğul olan adama da donuz soyan Demon deyərlər.

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   188




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin