Bizdə baməzə kişilər də çox olub. Səməd bəy var idi bizdə. Gəlib biri deyərmiş ki, ay Səməd bəy, nə deyirsən sən, bu Qumru bəy yaman bərk gedir aaa. Deyərmiş, bala, fikir vermə. Gələr ahu bu kəməndə, hələ bədhəvadu qoy getsin.
Qızı qaçırmağ istədik
Günlərin bir günüdü çobanığ, Çökəl Şükür vardı onnan ikimiz qoyun otarırığ. Bi gün qərara gəldik ki, gedib filankəsin qızın qaçırdağ – Surunu.
Baxdıq ki, Suru gəlir. Novruzgilin evlərindən bəri keçəndə süpürlədik bunu döyə-döyə saldıx çaya. Çay içi bunu sürüyə-sürüyə aparmağa. Qızzar hay-həşir saldı. İrəşid gəldi çıxdı. Bı gələnnən sora, bınnan tutaşdığ, qız əlimizdən qutardı. İrəşidə beş-altı çəkdik. Qız qurtardı, çıxdı getdi. Səhərəcən bunnarın həyətində yatdıx. Yatdıx ki, çıxsın çölə bu oğraşın balası, bunu tutağ. Bu da səhərəcən çıxmadı çölə.
Dan yeri sökülürdü, işıxlaşırdı hava. Bizi axı Təyyar məllim, Usubəli məllim görsə, mələdəcəklər bizi. Qaşdıx çıxdıx getdik. Səhər yenə gəldik, oturdux. Hay gözzə ha. O gecə də apara bilmədik. Getdik yenə birsüyün axşam gəldik. Yenə eyni vaxtda gəldik girdik o nalın altına. O soxa hünü də bizi dağıdır eee. Səhərrəri gözzədik, gözzədik, gözzədik, da heç nəfəsimizi də çəkmirik ki, içəridəkilər oyanmasın. Nahayət, baxdığ ki, qız yuxulu-yuxulu bayıra çıxır. Aşağı düşməyinnən də ordaca da onu süpürrədik. Basdım ağzını, basanda çapaladı, çapaladı. Mən də canavar kimi idim onda. Ya Allah, bını götdüm. Keçirtdik Təyyarın əvinin dalına. Elə orda bına iki dənə ağac çəkdim.