Biri xəstələnir, gedir həkimin yanına. Qarnı gedir də, saxlıya bilmir. Nə qədər həkim buna malıcə eliyir, xeyri olmur. Axırda həkim əlacsız qalır, deyir, get stansiyada dyadya Mişa var. Get onun yanına. Səni ancağ o sağaldacağ. Gedir onun yanına, görür ki, bu dyadya Mişa əlində qırmızı fənər, baxır ki, bu poyuzsaxlıyan kişidir. Həkim döör. Dyadya Mişa bını görcək deer:
– Nə işdi?
Deer:
– Bəs mən qarnağrısına düşmüşəm, həkim kəsə bilmədi, göndərdi sənin yanıva.
Bu da tanıyırmış da onu. Deer:
– Hə neynək.
Şalvarı çək aşağı dombal. Üc dəfə qırmızı işığı yandırır, söndürür.
Deer:
– Hə, get.
Deer:
– Əşi, sən mənə heç nə eləmədün axı.
Deer:
– Hələ danışırsan da, bi dəfə fənəri yandırıb söndürməklə mən o boyda poyuzu saxlıyıram. Sənə görə üc dəfə vurmuşam. Dayanacağ qorxma.