Günlərin bir günü, biri gəlir, Əliməmməd kişi də bazarda alver eliyir, ama, çox hazırcavab kişi olur. Bu bazarda oturub mismar, mıx satırmış. Bir kişi gəlir bunnan mıx alır, səhəri gün yenə gəlib mıx istyir. Əliməmməd kişinin dili dinc durmur, deyir:
– Bala, bu qədər mıxı neynəyirsən? Nə boyda xaraba tikirsən ki?..