|
|
səhifə | 81/188 | tarix | 01.01.2022 | ölçüsü | 1,65 Mb. | | #102812 |
| Bu gün arvad hamamıdır
Andropovun sərt intizam qadağaları imiş. Dəllək Bəxti (Bəxtiyar) öz şəxsi maşınında xaltura edirmiş. Bakı yolunda müfəttiş oxu saxlayıb soruşur:
– Harda işləyirsən?
– Hamamda dəllək.
– İş vaxtı buralarda nə gəzirsən?
– Nəcənniy, bu gün arvad hamamıdır.
100 manata doldura bilirsən?
Pulun pul vaxtı bir nəfər Əliməmməddən 3 manata kağız torba (kulok) alır və deyinir ki, çox bahadır. Əliməmmədin ovqatı təlx olur:
– Əyə, nə deyinirsən? Get görüm 3 manata aldığın kuloku 100 manata doldura bilirsən?
Orucu batil sayılır
Məclislərin birində Asif Əzizov mollaya sual verir:
– Molla, oruc tutan adam tüpürcəyini udarsa, onun orucu batil olur, yoxsa yox?
Mollanın çətinlik çəkdiyini görən Asif öz sualına özü cavab verir:
– Mənə belə gəlir ki, adam öz tüpürcəyini yox, özgəsinin tüpürcəyini udarsa, orucu batil sayılır.
Dostları ilə paylaş: |
|
|