Bizdə Zeyti olub, Zeydulla adında kişi. O da kino mexanik işdiyib. Onun da çox maraqlı əhvalatları var. O vaxtı plan var idi də kinonun da planı var idi. Aylığ plan verməliydin. Planı doldura bilmir. Müdürü onu otağına çağırır. Zeyti onun otağna daldalı girir. Müdür soruşur:
– Ə, bu nə hərəkətdi edirsən?
Deyir:
– Üzüm qərədi qardaş, ona görə daldalı girirəm.
At xəndəyə
Sabir (Şəmi) təzə maşın alır. Qonşusu Zeytidən xahiş edir ki, ona maşın sürməyi öyrətsin. Zeyti də təcrübəli sürücü idi, buna maşın sürməyi öyrədir. Razılaşırlar. Sabir sükan arxasına keçir, Zeyti göstəriş verir. Arada Zeytinin şitliyi tutur və onu sınamaq üçün deyir:
– At birə, at ikiyə, ay üçə, at xəndəyə.
Zarafat onnlara çox baha başa gəlir. Özünü itirən Sabir maşını xəndəyə aşırdır.
Qoy görsünlər ki, özümdədir Bir nəfər boradigahlı, dostunu saqqallı görüb soruşur:
– Dostum, bu saqqal nə məsələdir?
– Qoy görsünlər ki, özümdədir, hələ arvad əlinə verməmişəm.