Günnərin bir günü Ənnağı çayxanaya girir. Görür ki, borclu olduğu adamlardan bir neçəsi oturub çay içir. İstəyir, qapıdan qayıtsın, özünə sığışdırmır. Həmin adamlar dönüb sözlü adamlar kimi ona baxırlar. Niyyətlərini gözlərindən oxuyan bu baxışlara dözə bilməyən Ənnağı bir ağızdan qayıdıb: