Masalli folkloru 2



Yüklə 1,65 Mb.
səhifə102/188
tarix01.01.2022
ölçüsü1,65 Mb.
#102812
1   ...   98   99   100   101   102   103   104   105   ...   188

Xoruz Qaravəlli



Sənin üçün nağıl danışıram:

Keçdi – keçdi,

Bülbül gülana keçdi.

İki xoruz savaşdı,

Biri qana bulaşdı.

Qan elədim qaşımca,

Yeddi kəmər qaşımca.

Kəmər getdi oduna.

Qayığı batdı buduna.

Pəkəm pəkəm canlıdı,

Qolları mərcannıdı.

Pəkəmə əl vurmayın,

Pəkəm iki canlıdı.
Pəkəmi yaradan Allah,

Tükünü saraldan Allah.

Hər kim pəkəmə pay verməsə,

Götürsün aradan Allah.

Pəkəmin adı xeyrəsə,

Dağların qarı ərisə.

Yeddi fətiri bir hərif,

Naharı yeyir oturur.

Pinti arvadlar kimi,

Sımsıxı sallağ oturur.

Hə... Deyir, bir padşah olur. Bunun bir dənə xoruzu olur. Xoruz həyətdə eşələnir.

Deyir:

– Quqqulu qu! Bir dəstə pul tapmışam. Bir deyir, iki deyir, deyirlər:

– Durun xoruzu kəsin.

– Xoruzu kəsirlər.

Deyir:

– Quqqulu qu!

Bunu gətirirlər salırlar qazana yumağa. Deyir, quqqulu qu! Nə isti hamam imiş. Gətirirlər bunu, bişirirər qoyurlar pad­şahın qabağına. Deyir, quqqulu qu! Deyir, nə hündür pə­hey­miş. Şah yeyir. Xoruz deyir, quqqulu qu! Nə poxlu dərəy­miş.

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   188




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin