Masalli folkloru 2


İsgəndərlə qoca və ya müdrik qoca



Yüklə 1,65 Mb.
səhifə105/188
tarix01.01.2022
ölçüsü1,65 Mb.
#102812
1   ...   101   102   103   104   105   106   107   108   ...   188

İsgəndərlə qoca və ya müdrik qoca



İsgəndər dünyanın yarısını aldıqdan sonra dirilik suyu tapmaq üçün gəlir çıxır qarannıx dünyaya. Burada Cənab Al­lah mələklərlə ona qızıl kasada suyu göndərir. İsgəndər gön­dərilən bu sudan şübhələndiyi üçün içmir, qismət deyilmiş. Bun­nan sora İsgəndər qarannıx dünyada neçə il yol gedir. Yolnan gedəndə əmr eliyir İsgəndər ki, qocaları, yaşdıları atın, cavannar gəlsin. Hamı qocaları, atalarını, analarını atır. Bir oğlan atasını qoyur sandığın içinə, qoyur dəvənin üstünə. Hər gecə camaat yatannan sora açır sandığı, kişini yedirdir, icir­dir, çölə çıxardır. Gün gəlir, İsgəndər işıqlı dunyaya yol ta­pa bilmir. Neçə günnər axtarır, heç kim yol göstərə bilmir. Ha­ra gedir, yol bağlanır üzünə. Bir gecə bu gənc atasını san­dıqdan cıxardanda kişi deyir:

– Oğul, nədi bu İsgəndər girinc qalıb belə?

Deer:

– Ata, padşah yol tapa bilmir.

Kişi deyir:

– Hə, sabah o soruşacağ sizdən, soruşanda deyərsən ki, bir madyanın təzə doğulmuş balasını kəsin gözünün qaba­ğın­da, buraxın. O, sizə yol göstərəcək.

Sübh vaxtı yenə İsgəndər əmr edir:

– Tədbir!!!!

Oğlan deyir:

– Ya İsgəndər, bəs belə etsək, biz yol tapa bilərik. Helə də edirlər, madyanın balasını kəsillər, özünü də buraxıllar. At kişnəyir, başdıyır qaçmağa. At qaçır, bular qaçır. Nəhayət, çı­xıl­lar işıqlı dünyaya. Çıxannan sora İsgəndər əmr edir, qo­şun dayan! Padşah həmin oğlana üzünü tutub deyir:

– De görüm bu tədbiri sənə kim deyib?

Oğlan deyir:

– Ya İsgəndər, sən qaranlıq dünyada əmr etdin ki, qoca­ları atın, amma mən qoca atamı atmadım.

İsgəndər dedi:

– Hardadı atan bəs?

Deer:

– Sandığın içində.

Deer:

– Endirin sandığı.

Endirillər. Baş əyir qocanın qarşısında İsgəndər. Başa düşür ki, qocaları atmaq olmaz.

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   188




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin