Bi gün bi şəhərin qabağındakı göldə bi dənə beş barmaq əl tapılır. Sudan beş barmağ əl çıxıb, batmır. Xəbər gəlib ölkənin şahına çatır. Şah da vəzirin-zadın, adamların götürüb gedir, görür ki, doğurdan da belədir. Bi dənə əl, beş barmağı da açıq çıxıb qalıb, elə-belə batmır.
Deyir:
– Vəzir, hələ bir dənə adam at ora.
Atıllar, əl itir.
Dedi:
– Hə, elə bi dənə adam üçün gəlibmiş.
Səhər xəbər gəlir ki, o əl yenə ordadır. Hər gün bi dənə adam atıllar ora. Adamı atıllar, əl batır, yenə səhəri çıxır. Belə-belə, nöybə çatır bi qoca kişiyə. Onun da aman-zaman bi qız nəvəsi olur, heç kəsi olmur. İndi nöbə çatıb ki, saba bı kişi bı nəvəsini aparmalıdı atmağa suya. Axşam saat 9-da şahın adamları gəlməliydilər. Hamı yığışır, baxıllar bılar yoxdular. Birdən görüllər ki, bi kişi gəlir, ama tək, şahın qanı qaralır, ayə, bı nə deməkdir. Kişi yaxınnaşır, bı şah yapışır yaxasınnan.
– Hanı bə fılan?
Kişi dedi:
– Şah sağ olsun, sən bı şəhərin adamlarının məyər hamısını bı bir ələ qurban verəcəksən? Qoy mən mını izah eliyim səninçün.
Dedi:
– Elə.
Qoca üç barmağını göstərir, əl batır. Gözdədilər, gördulər yoxdu əl, hamı dağılışır. Bi neçə gün gözdədilər, əl yoxdu ki, yoxdu.
Şah vəzirə dedı:
– Adam göndər o qocanı çağırsınnar. Bi helə-belə deyil. Getdilər qocanı çağırdılar, kişi içəri girəndə bı gülümsündü.
Dedi:
– Nəyə gülürsən?
Dedi:
– Şah sağ olsun, elə-belə, bi şey yadıma düşdü güldüm.
Dedi:
– Qoca, bu nə məsələdi? Bu qədər adamları biz itirdüg, onda dillənmədün, sənə nöbə çatanda dilləndün? Bı nədi belə?
Dedi:
– Onda mənə bi dənə kağız ver və yaz ki, mənnən işün olmıyacağ.
Dedi:
– Baş üstə. Yazdı, qolladı, möhürün vırdı, kişi oxudu, bükdü qoydu cibinə.
Dedi:
– Şah sağ olsun, o adam sənin zülmkarlığunnan çox xəbərdar idi, bilirdi ki, sənin kimi zülmkar hələ dünyada yoxdu. O çıxdı, beş barmağını bizə göstərdi ki, adə, bı qədər millətin arasında 5 dənə kişi yoxdu ki, bu şahı devirsinnər? Şah durdu ayağa ki, qocaya təpinsin.
Qoca dedi:
– Mənə bax, kağızun var haaaaa.
Dedi:
– Yaxşı, bəs o 3 dənə barmağ nə idi?
Dedi:
– Hə, onun cavabı idi də.
Dedi:
– Bizə dedi ki, 5 nəfər adam yoxdu aranızda şahı devirsin?
Mən də dedım adə, 5 nədi, heç 3 nəfər də yoxdu ki, onu devirsin. Onnan da o qəhr elədi batdı getdi.