(Təsəvvür olsun deyə deyək ki, məsələn, Gürcüstanda və yaxud da başqa bir yerdə) Qədimdə başqa mənsəbdən, başqa bir dinnən olan bi ölkədə bi dənə deyək ki, müsəlman yaşayırdı, işdiyirdi, köçmüşdü bura. O ölkədə o oğlan bi qıza vırılır. Sən demə, şahın vəziri də o qıza vurulubmuş, amma hələ heç nə eliyə bilmiyibmiş. Həəə xəbər çatır ki, ay vəzir, bəs o qızı ki, sən isdiyirsən bı oğlan onu aldı axı.
Dedi:
– Nəəəəə, hansı oğlan aldı?
Dedillər:
– Bi qərib oğlan, özü də müsülman.
Dedi:
– Mən ona tələ qurram. Arvadın da əlinnən allam.
Gəlin çox ağıllı gəlin idi. Səhər sübdən padşaha xəbər gəlir ki, ayə sənin baş vəzirin gəlir, öldürür özün. O qədər ağlıyıb ki, gözdəri şişib.
Deer:
– Vəzirim niyə ağlıyır?
Deellər:
– Soruşuruğ, cavab vermir.
Deer:
– Hələ çağırun bıra.
Çağırıllar.
Deer:
– Vəzir, nə məsələdi?
Deer:
– Heç soruşma.
Deer:
– Nətər yanı soruşma, nədi, noolub?
Deer:
– Vallah, desəm, heç belə özün də inanmazsan.
Dedi:
– De də.
Deer:
– Bəs, şah sağ olsun, gecə yuxuda sənin atavı gördüm.
Deer:
– Hə gördün, gördün də, noolsun? Elə atamı gördüyüvə görə sən ağlıyırsan?
Dedi:
– Yooox, səən atan bilirsən məni necə dannadı?
Dedi:
– O mənim oğlum ölmür, yerə girmir ki, mən 7-8 ildi ölmüşəm o, bi dəfə də olsun adam göndərmir bıra. Bi mənim xəbərimi bilmir, heç xəcalət çəkmir?
Şah gedir fikrə. Ha, bı nə danışır? O dünyaya gedib gələn var ki?
Dedi:
– Vəzir, sən belə əminliklə danışırsan ki, elə bil o dünyaya gedib gələn var.
Dedi:
– Bəlı, var.
Dedi:
– Kimdi?
Dedi:
– Sənin ölkəndə, sən tanımırsan kimdi?
Dedi:
– Yox.
Dedi:
– O filankəs, həmin o cavan oğlanın adresini deyir hansı ki, bunun istədiyi qızı almışdı.
Dedi:
– Ədə, belə şey olmaz.
Dedi:
– Necə yəni, var mən sənə deyirəm.
Deer:
– Çağırtdır. Atamın vəziyyətini mən öyrənməliyəm.
Adam göndərdi oğlanı gətirtməyə. Evdən çıxanda arvadı dedı:
– Mənə bax, şah səni çağırırsa, elə-belə çağırmır. Nə desə, gücün çatdı-çatmadı, denən, baş üstə.
Nəisə şah çağırtdırdı, oğlan gəldi şahın yanına.
Dedi:
– Adə, hələ aparın bunu bir əynin-başın dəyişdirin, gətirin.
Apardılar, geyindirdilər, gətirdilər.
Dedi:
– Hələ otur, cavan oğlan, mən təzə bi şey eşitmişəm.
Dedi:
– De.
Dedi:
– Eşitmisəm sən o dünyaya gedib gəlirsən.
Dedi:
– Bəli, şah sağ olsun, gedirəm-gəlirəm. Ölülərdən xəbər gətirrəm, kim mənə sifariş versə, olülərinnən gedib xəbər gətirirəm.
Dedi:
– Ədə, bı nə yaxşı şeydi, mənim ölkəmdə belə bir şey var, mənim xəbərim yoxdı.
Dedi:
– Hə, onda gərək gedib atamnan xəbər gətirəsən.
Dedi:
– Baş ustə.
Ənam, qızıl-mızıl, pul, paltar-maltar, bi dənə də at bağışdadı, oğlan ağlaya-ağlaya gəldi evə. Yoldaşı gördü bunu.
Dedi:
– Ədə, niyə ağlıyırsan?
Dedi:
– Bəs sənin dünyadan xəbərin yoxdu. Padşah məni o dünyaya, atasının xəbərinə göndərir.
Dedi:
– Elə buna görə ağlıyırsan?
Dedi:
– Ay arvad, sən nə danışırsan? Az şeydi buu?
Dedi:
– Sən get öyrən nə vaxta lazımdı getmək, onu öyrən.
Oğlan gəlir saraya. Deyir:
– Nə vaxt getməliyəm?
(Deyək ki, elə 3-cü gündü).
Şah dedi:
– Elə bazar günü.
Qayıtdı gəldi dedi:
– Arvad mənə deyir ki, bazar günü get, atamın xəbərini öyrən, gətir.
Dedi:
– Hə nooolar, lap yaxşı. İsrahatıvı elə sənə o qədər pul verib, get hələ bazara bi müəyən şeyləri al gəti.
İsrahat elədilər əməlli-başdı, bazar günü süb qaldırdı oğlanı, dedi:
– Dur ayağa, min atı.
Nə yol lazımdı tapşırdı bına, dedi:
– Çıx get.
Bunnan əvvəl oğlan getmişdi şahın yanına ki, mən əgər ora gedib-gəlsəm, sən mənə inanmazsan, sən mənə bi nəfər adam ver ki, sənin adamın olsun və o da görsün ki, doğurdan da mən sənin atanın yanında oldum.
Dedi:
– Hə, kimi verim?
Dedi:
– Dee, o sənin o baş vəzirini.
Baş vəzirin qarnına ağrı düşdü ki, deyəsən mən uje ilişdim. Bəli, bazar günü gəldi, oğlan vəziri götürdü qovhaqov, qovhaqov, eeeee çıxdılar şəhərdən nə qədər uzağlaşdılar. Yoldaşı ona bütün plannarı cızmışdı. Gəldilər bi dənə quyunun başında dayandılar.
– Vəzir, düş atdan.
Dedi:
– Niyə?
Dedi:
– Ədə, çatmışuy də.
Dedi:
– Ədə, bıra quyudu ki.
Dedi:
– Bə hardan getməliyüg. O dunyaya gedən bırdan getməlidi də. Düşdülər atdan filan.
Vəzir dedi:
– Buyur.
Dedi:
– Mənə bax, sən məni allada bilməzsən, tutalım girdüy ora indi. Şahın atası görsə deməz ki, mənim oğlumun vəzirinin qabağında sən yeriyirsən? Sən kimsən axı? Yoo, mən boynumu qılınc altına qoyan deyiləm. Düş qabağa. İki dənə körpu var, biri qırmızı, biri yaşıl. Qırmızıya yox aaa, yaşılın üsdə ayağıvı qoy.
Vəzir ayağını qoydu yavaş-yavaş getdi eee, nəbilim səs-zad kəsilənnən sora, qarannığ düşdi, oğlan atı mindi gəldi evə. Arvadı dedı:
– Noooldi?
Dedi:
– Arvad getdi, göndərdim o dünyaya, indən sora mən neynəməliyəm?
Dedi:
– Ədə, gir evə, ye yat, qalannarıynan sənin işin yoxdu.
Bi həftə keçdi, şah gördü ədə, nə vəzirdən xəbər var, nə də bı oğlannan. Adam göndərdi, arvadı dedi:
– Yo hələ gəlmiyib, olur o, bəzən yubanır da. Səkkiz-doqquz gün keçənnən sora arvad dedi:
– Get şahın yanına. Belə-belə deyərsən.
Xəbər verillər ki, şah sağ olsun, oğlan gəlir toz-torpağın içindədi atı da belə qovub tərridi, hisdi-pasdıdı.
Oğlanı geyindirib gətirillər şahın yanına, şah görüşür, xoş, beş, onbeş, nə var nə yox? Oğlan sımsırağın tökdü.
Dedi:
– Əşi yaxşı qutardım yaxamı.
Dedi:
– Ədə, bə mənim vəzirim hanı?
Dedi:
– Həəə, ba bu yaxşı sualdı. Sənin atan 7 ölkənin qurultayın çağırmışdı, vəziri saxladı orda. Məni də sənin ardınca göndərib. Əyər oğlum gəlməsə, mən qurultayı açmıyacam. Özdə atan çox dannadı məni.
Dedi:
– Bına bax ee, vəzirin göndərib, özü gəlmiyib.
Dedi:
– Doğurdan?
Dedi:
– Hə, bə nədi? Bə nəyə görə gəlmişəm? Sənin vəzirin orda, qurultayı açmay üçün səni gözdiyillər. Nə vaxt gedəy?
Dedi:
– Nə vaxt istiyirsən.
Dedi:
– Saba.
Dedi:
– Olsun. Oğlan gəldi evə.
Dedi:
– Arvad, bu dəfə ilişməsəm yaxşıdır.
Dedi:
– Əşi, ilişməy söbəti yoxdu. Bu ağılnan heç kəs ilişməz. Olar ağılsızdı.
Bəli, səhər sübdən yenə mindilər ata, qovhaqov gəldilər dayandılar quyunun başında. Şah başın qaldırıb baxdı ki, hardadı.
Dedi:
– Mənə bax, sən məni ələ salırsan? Bı quyudu axı.
Dedi:
– Şahım sağ olsun, o dünyaya gedirüg eeee, göyə qalxmıruğ ki. Bırdandı yol, gərək bırdan da gedilə. Sənin vəzirin də mənə bı sualı verdi. Bırdan gedillər.
Dedi:
– Düş qabağa.
Dedi:
– Sənin vəzirin də mənə dedi, düş qabağa. Yaxşı ki, qabağa düşmədim, atan uzağdan baxırdı. Mən hələ bir az yanaşı yeridim sənin vəzirinlə, mənə dedi, əə, sən kimsən vəzirlə yanaşı yeriyirsən? Çəkildim dala, sən istiyirsən mənim başımı üzə? Sən qurultayda iştirak edəsən, məni öldürsün?
Düşdü bı da getdi quyuya. Oğlan qayıtdı gecə yenə gəldi evə, arvad dedi:
– Nooldu?
Dedi:
– Hə, bı da getdi ora, bir-birinə şahlığ-vəzirrik eliyillər orda. Aradan bir ay keşdi. Xalq gördü ki, adə nə şahdan, nə də vəzirdən bi xəbər ətər yoxdı. Qocalar yığılışıb gəldilər oğlanın evinə. Yoldaşınnan soruşdular ki:
– Ərün gəlib?
Dedi:
– Yox.
Dedilər:
– Hə, gələndə bizə xəbər eliyərsən.
Dedi:
– Hə, gəlsə, xəbər eliyərəm.
Bılar çıxıb gedəndə bı qocaların arasında bi ağıllı kişi var idi. Dedi:
– Mənim səksən yaşım var, mən hələ indiyə qədər eşitməmişəm ki, nə mənim ata-babalarım, nə olardan əvvəlkilər eşitmiyb ki, o dünyaya gedib xəbər gətirən olsun. Belə şey olmuyub, bu çox marağlı bi şeydi.
Bıları yola saldı özü qayıtdı gəldi. Dedi:
– Gəlin, mənim başımı piyləmə, bırda nəsə var, məni allatma.
Dedi:
– Əşi, gediblər o dünyaya atasının yanına.
Dedi:
– Mənə bax, mənim ağlım çatan, eşıtdıylərimnən, bildiylərimnən indiyə qədər hələ o dünyadan qayıdan olmıyıb.
Qadın gördü ki, yox uje bırda ilişib. Çağırdı yoldaşın, kişi baxdı, gördü yoldaşı burdadı ki.
Dedi:
– Bala, bəs bizim şah, bizim vəzir hanı?
Dedi:
– Sizin də, mənim də canımız o axmağ vəzirin və o axmağ şahın əlinnən qurtuldu. Gedin sağ-salamat yaşıyın. Camaat da o qızı şah seşdi, o oğlanı da ona vəzir.