Bi padışah olur, onun üç oğlu olur. Bi gün padışah oğlannarıni yığıb deer ki, gedin mənə dünyada ən şirin şey nədir onu gətirin.
Oğlannardan ikisi gedir şirin nəsə tapır gətirir, amma üçüncu oğlan gedir dil gətirir. Padışah heç nə demir, yenə bıları bi gün yığır deer:
– İndi də gedün mənə ən acı şey nədi, onu tapun gətirün.
Böyük qardaşdarın hərəsi bi acı şey tapıb gətirirrər.
Ginə gedir bı kiçik oğlan dil gətirir. Padışah dillənir:
– İndi de gorüm niyə mən şirin şey deyəndə də, acı şey deyəndə də sən dil gətirdün?
Oğlan deyir:
– Ata, bı dil ki var ha insanda, bı dili isseersən dünyanın hər tərəfinə gedim özümü hörmətdi eliyim bı dilimnən. Eləcə də bı dilimnən isseersən gedim bütün hamını özümə düşmən eleem. Dil insanı hər cür vəziyətə sala bilir. Odu ki, dünyada şirin şey də, açı şey də elə dildir.