Bi dənə şah olur, deyib ki, mən gedib şah qızı alciyəm. Atası neçə dənə qızları diyib, filankəsin, Hindistan qızi, Pakistan qızı, Seylon qızı, öz yerivin qızı, deyib, yox, mən özüm sevdiyim, seçdiyim qızi aləciyəm.
Gedir, bu oğlan bir az ayın-oyun götürür gedir. Meşənin içiynən gedir, görür bir sıldırım qayada su şırıldiya axır. Şəlalə axır. Görür o şəlalədə kağızlar axır cürbəcür, belə-belə, yazı-yazı. Nə qədər əlləşir, o kağızları tuta bilmir. Diyir, hələ bu necə şeydi, mən bir saatdi burda gözliyirəm, bu kağızı cırıb atan kimdi belə vərəğ-vərəğ. Hələ bir çıxım yuxarı. Yavaş-yavaş çıxır dağın, şəlalənin yuxarısına. Görür bu şəlalənin başında bir axsakqal oturub. Salam verir. Diyir ki: neynirsən?
Diyir:
– Taley yazıram.
Diyir ki, mənim taleyimi kimə, hansı şahın qızına yazdın.
Deyir:
– Sən şah qızı almiyacağsan, bir kömürçü qızı alacağsan.
Diyir:
– Kömürçü qızi? Sənin başun xarab olub!
Düşür həyətə. Dağdan düşür aşağı. Görür bi dənə kömürçü qızi başında kömür şələsi götürüb aparır. Bular da kasıbdılar, atası orada kömür düzəldir, aparır verir şəhərdə dükançılara. Şəhərdə satır oniyçun. Belə keçdi. Belə keçəndən sora vaxt, mağam olur, bu kişi, kömür alan kasıb olur, kömür satan kasıb olur, kömür alan kömürçü qızı olur. Kömür alan diyir:
– Qocalmışam, neçə ildi sənnən dostluğ eliyirəm, mən səndən pislik görməmişəm. Səndən haram görməmişəm. Sən gəl buranı verim sənə, bu kömür dükanın verirəm sənə, mən bu gün-sabah ölüb gedəciyəm. Onnan razılaşır, kişini gətirir qoyur yerinə.
Kömürçü ölür, dəfn-kəfın eliyillər gedillər. Vaxt, mağam olur qızın bu kömürçünün qızı, həmin bu qız, yolnan keçib gedir kömür aparır başında.
Oğlan şah oğlu idi. Pıçağı götürür atır. Diyir:
– Bu qızı mən alaciyəm yəni?!
Belə atır onu, dəyir onun kürəyinə. Kürəyinə dəyəndən sora qız dəyir yerə, belə-belə eliyir, bıçağ düşür. Bıçağı qız götürür atır qoynuna, saxlıyır. Aparır göstərir ata, bax, belənçinədi, sora başqa şey döyül. Bilmədim, bir cavan oğlan bıçağı atdi.
Dedi:
– Sən kimsən?
Dedim:
– Mən kömürçü qızıyam.
Atdi, dəydi mənim kürəyimə. Bax bu bıçağ da məndədi.
Aradan zaman keçir, bu kasıb kömürçü varranır. Bular bu şəhərdə yaşiyillər, olullar milyonçi. Varlı olullar. Bu oğlan da hələ gəzir qızçün. Bi günləri də bu yolnan keçəndə, görür pencərədə bir qız oturub. Xanım, gözəl bir qızdi. Mahnı oxuya-oxuya tikiş tikir. Bu qıza baxır. Bir könüldən, min könülə aşiq olur.
Gedir atasına diyir ki, qəbul eliyirəm. Bi dənə filan şəhərdə qız var, çox gözəl, onu mənçün alacaqsan. Atası gedir bu qızı alır. Qızı alandan sora toy gecəsi olur, oğlan diyir ki, sənin kürəyində yara var, nədi, bu bıçağ yarası nədi. Mən səninçün danışmıram, o cür diyir ki, bəs mən filan gün atamçün, biz kasıbıdux kömür şələsini aparanda, bir oğlan didi: