Masalli folkloru 2



Yüklə 1,65 Mb.
səhifə132/188
tarix01.01.2022
ölçüsü1,65 Mb.
#102812
1   ...   128   129   130   131   132   133   134   135   ...   188

Vəhşi qız



Qağam bizə bir nağıl danışardı. Deyərdi bi kişinin vəhşi bi qızı olub. Bu qız hər şeyi yiyib, sora evin cücələrin yiyib, toyuqların yiyib, sora keçib mal-qaraya. Mal-qaraya keçib, kənt­də bular ölüblər xəcalətlərindən. Bi gün kişi oğluna diyib ki, bunu apar meşəyə, azdır. Bu vəhşidi də. Oğlan aparır bunu bıraxır meşəyə, özü də qayıdıb gəlir evə.

Bi gün də anası dözmür, diyir ogluna ki, get bacıvı bir yoxla, gör öldü, ya sağdı. Oğlan minir ata gedir. Gəlib meşəyə çatanda at artıq hiss eliyir ki, nəsə qabaqda bir bir vəhşi var. (At kimi xəbərdarlıq edən heyvan yoxdur. At qədər ayıq-sa­yıq olan heyvan yoxdu). Oğlan baxır ki, bcısıdı, budu gəlir. Bacısı bunu görən kimi diyir:

– A qardaş, qurban olum, sənə qurban olum.

Sarmaşır bunun boynuna.

Diyir:

– Hə, bacı, gəldim görüm necəsən?

Diyir:

– Yaxşıyam.

Qız diyir:

– Sən burda qal, gəlirəm indi.

Gedir, tez də gəlir.

Diyir:

– A qardaş, sənin atın üç ayaqlı idi?

Bu oğlanın da iki dənə saz iti var imiş. Birinin adı Dar­tan, birinin adı Yırtan imiş. Bu oğlan da bacısının yanına ge­dən­də qaba su tökür diyir:

– Ana, haçan bu qabın suyu qana döndü, itləri bura­xar­san. Onda bil mənim başım zəlalət çəkir.

Həə, bacısı buna diyir:

– Qardaş, sənin atın üc ayağlı idi?

Diyir:

– Yox.

Bir az keçir qız genə icazə alıb evdən çıxır, az keçmiş qayıdıb gəlir, diyir:

– Ay qardaş sənin atın iki ayaqlı idi?

Diyir:

– Yox.

Sonra qız genə gedir, qayıdanda diyir:

– Ay qardaş, sənin atın yoxdu.

Oğlan hər şeyi başa düşür, ama gec idi. Qız hücum çəkir qar­daşına. Oğlan bir təhər bacısının əlindən canını qurtarır çı­xır bir yekə ağaca. Qız bunu görəndə diyir:

– Ə, düş aşağı!

Diyir:

– İndi düşəcəm.

Diyir:

– Elə bilirsən boğazımnan, dişimnən kəsmərəm.

Oğlan baxır yola çağırır Dartan hay, Yırtan hay. Harda­suz, gəlün, mən dardayam. Diyir:

– Orda nə daşırsan e, mən eşitmirəm, ağac çox hün­dür­dü düş aşağı. Bu axşama da şamım var. Nə yaxşı.

Yiyəcəy də bunu. Oğlan görür uzaxdan iki qaraltı gəlir. Dartanla Yırtan gəlir. Bu itlər hücum çəkillər qıza, qızı yıxıl­lar yerə. Qızı öldürüllər. Qardaşı da götürür kəsir qızın ətin­dən, diyir, anam məndən istiyər, nə deyərəm?! Arvadı da dərd gö­türür, fikri qalır ki, ay Allah, bu oğlan necə oldu.

Görür həə, oğlan itdərnən gəlir.

Diyir:

– Bala, nə oldu? Diyir:

– Ana bu vəziyyətə düşdüm.

Oğlan bir də görür böyründən qan axır. Axı qızın ətin­dən kəsib qoymuşdu cibinə. Ona görə də, o qızın kəsilmiş əti də o cibdə oğlanın ətini yiyirmiş.

Diyir:

– Ana, görürsən də, onun əti də məni yiyirmiş burda.

Həmişə danışardı qağam, qorxudardı bizi onnan.

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   188




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin