Bizdə məşhur yeməy umacdır. Əriştə xəmiri belə ovurduq, sora suyu qaynıyanda belə fırlıya-fırlıya tökürdük ki, yapışmasın. Sora soğandağ eliyirik. Əriştəni xırda-xırda doğrayırlar, onu səririk. Onu qovururuq. Qorğa, qovud soyuğ havalarda olur.
* * *
Məsələn, fisincan əsasən quşdan eliyirlər. Olmuyan yerdə cücədən də olur. Onu – cücəni əvvəl bütöv qoyursan, suyun içərisinə, əsas quş yaxşı olardı. Sora soğanda soyursan bütöv-bütöv qoyursan qazana. Bi dənə də turş nar qoyursan, qabığı qarışığ. Balaca ordan-burdan bıçağı ona sancırsan. Narı da qoyursan suyun içərisinə quşun yanına qaynıyır. O quş bişir. Gərək bozbaş fasonda su olmasın. Su lap az da olmasın. O, qaynıyandan sora narı götürgünən tolla. Çünkü onun dadı çıxar. Sora onu orda quşu balaca tikəliyirsən. Qozu çəkirsən maşınnan. Üç yüz qıram, dörd yüz qıram. Əgər quş böyükdüsə yarım kilo. Baxır zövqüvə. Qozu çəkdin maşınnan. Onun suyu qalıb axı, bir az tökürsən, qozu da onun üstünə, qarışdırırsan. Bir xeyli qaynıyır. Orda o suyu tamam quruyur. Quş yağsız olsa, bir az yağ da atırsan. Bundan sonra onu ya plovnan, ya da çörəynən yeyirsən.
* * *
Masallıya məxsus bir yemək də sərəl fətirdir. Əvvəl xamırı suynan, ya südnən xamırı elədin, qalır acıyır. Acıyandan sora cıqqılı kündə eliyirsən balaca-balaca, ondan sora onu oxlovnan yayırsan. Lap açmırsan az-az. Ondan sora yağı tökdün yağladın. Belə-belə yumurladın. Belə-belə burdun. Yenə eylədin. Yenə onu oxlovnan yaydın ondan sora atırsan, bişirirsən sacda. Çevirisən o üzün, bu üzün.
* * *
Ən çox kənddə xaşıl bişirirdilər. Quymağ da çalardılar. Sora fətir bişirərdilər. Fətir hasan başa gələn şeydi. Çox dəb olan toyuğ bazbaşı. Mal ətindən bozbaş olmazdı. Qoyun ətindəndi.
* * *
Başda oturardı, böyuk nənəm – dədəmin nənəsi, altına nalça qoyurdu, otururdu, sırfa sərirərdüy, ordan belə, özu də külfət iduy, əl suyu verərduy, onnan xörəyimizi yeyərduy, yığışdırarduğ. Hamı əllərin qalxızıb dua eliyərdi. Böyüyün qabağına ətın ən yaxşı yeri qoyulardı. Döş əti ən yaxşı yeri sayılardı. Qabağ bişirərdüy fisincan, şamı kükü, tərə, heyva rubı – heyram töküllər qazana, o qaynıyır, onu götürürsən, görürsən ki, heyva bişib də, onun suyu çıxıb o şirin sua. Onnan onun altını ağır-ağır altım eliyirsən, qaynadığcan onu bılliyirsən, bılliyirsən o olur rub. Onu hökmən balaca qaba töküb plovun yanına qoyurdular. Balaca qaşığ da qoyurdular, götürüb tökürdülər yeməyə.
* * *
Sufrə adəti
Evin sərkərdəsi olurdu. Bizdə qaynana idi. Sırfanı sərərdüy qaynənənin yanına. Üstü düzülərdi. Yemək çəkilərdi. Evdə onun böyük olmasına baxma, siftə oğlannarına çəkərdi. Onnan sora gəlinnərə çəkilərdi. Evdə neçə gəlin varsa, heç birinə ayrı yemək çəkilməzdi. Deeerdi ki, dava-dalaş düşməsin ki, birinə az çəkildi, birinə çox, birinə ətin yaxşısı qoyuldu filan, belə-belə də, bala. Ona görə də, bala, bi dənə iri nimcəyə gəlinnər üçün çəkilərdi yemək, deyirdi, siz bu nimçədən yeyin. Biz də qaşığı alarduğ əlimizə, hərəmiz bi yannan başdıyarduğ yeməyə. Az olurdusa, yenə əlavə olunurdu. Taaa ev tikib hərənin öz evi olana qədər belə yeyib içirdük. Evin böyüyünə də ya xala, ya bibi, dostu, gəlinbacı deyirdük.
* * *
Bınnan qədim yeməklər tamalahı bişirilərdi. Ətdən, cücədən fişincan bişirərdüy. O da ploynan da yeyilərdi. Qoorma (qalya da deyirdilər ona) bişirirdilər. İndiki aşqarası.
* * *
Qoot plovun bişirilməsi.
Deməg buğdanı təmizdiyirsən gül kimi. Onu sacda qovurursan. Da çox ötürmürsən aa, elə-belə. Onnan aparıb əl daşında çəkirsən, sora əliyirsən. Altına un çıxır. Götürürsən unu, yarmasını təmizdiyirsən, tökürsən qazana. Süd də tökürsən, su da tökürsən. Duz atırsan, hər şeyi yerində. Onu bişirdin, suyu çəkilənə yaxın onun ununnan azca-azca səpirsən, qarışdırırsan. Kəfkirin sapınnan qarışdırırsan. Onnan sora vurursan dəmə. Əyər varundı, üsdünə yağ səp. Dəmə vuranda qazanın üsdünə səp, vur dəmə. Pişdi, nimçəyə plov çəkən kimi çəkirsən, yeyirsən. Onun dadını heç nə vermir.
* * *
Qoot ununu biz buğdanın yarmasınnan çəkirdiy, nənəm rəhməttiy təmizdiyirdi, tökürdü, südü də tökürdü. Bir az da pəsox tökürdü. Onun yarması bişirilirdi. O lap daddı olurdu. Bu süddaş bişirirsən ha, düyü süddaşı onnan xeyli daddı olur. Acca pəsox tökürsən, acca da su tökürsən. Elə bil 3 stəkan südə 1 stəkan su. Qalanı süd olur. Duru da bişirilir, qatı da. Öz işindi. * * *
Çəltik əkilərdi qabağ, dingdə döyülərdi. Onnan sora yarmasın götürüb, xalis düyüsün də bir götürürdüy. O yarmanı da təmizdiyirdüy, onu daşda çəkirdik. Lökü bişirirdik. Lökü qəşəng olur. Onun xamırın südnən eliyirsən. Onu tavada bı qalınnığa sərirsən. Üsdünü belə barmağınnan deşikliyirsən. O deşikləri yağnan doldurursan. Onun altına da yağ tökürsən, üsdünə təmiz bir qapağ qoyursan. Qapağın da üsdünə bi dənə sac qoyursan. Sacın da üsdünü qalıyırsan, altın da qalıyırsan. Hə, o orada bişir. Altını bir az seyrək qalıyırsan ki, yanmasın. Onu bişirirsən.
* * *
Məşhur yeməklərdən biri də ərdək idi. Xamırı belə uzun-uzun barmağ yoğunnuğunda uzunadırsan. Onu doğruyursan belə-belə. Tökürsən yağın içinə. Qarışdırırsan o yana-bu yana. Onnan sora üssünə də isdəsən pəsox tökürsən. Yeyirsən. Bu ərdəkdi.
* * *
Bamiyə. Bamiyənin xamırı duzdu olur. Onu belə töküllər qaba, tökdügcən o öz başına şişir yağda. Yığırsan qaba pəsox səpib yeyirsən. O olur bamiyə. Bamiyə bol yağda bişir. Tavıya yağ atmaxnan yox. Məsəl iki litrlik yağın birin boşaldırsan qazana. Həmin yağda qızardıllar. Qaynıyan yağın içində. Sora kəfgirnən yığıllar qaba yeyillər.
* * *
Çığırtma bişir bizlərdə, Novruz bayramında da bişirirlər. Basdırırlar toyuğun cücəsindən. Bu əmələ gəlir iyun ayında iki aylıq. Onu kəsdilər təmizlədilər doğruyurlar. Onu soğannan qorurlar. Çoxlu soğan qorurlar, sonra baxır cücə bir dənədi, iki dənədi, qovurdular. O, yumurtanın abqorasını vururlar cücənin üstünə. Yetişməmiş üzümün suyu abqoradı. Müsəmmanı qoyurlar çirananın üstünə. Üş dənə belənçik gözü olur. Burda od qalanır. Onu teşdə bişirmirlər, qoyurlar odun üstünə qızdı, qızandan sora o, abqoralı yumurtanı vururlar onun üstünə. Çox adam yeyəndə barmağını da dişliyib. Çığırtmanın bişirilmə forması budur.