Biri də namaz qılmıyan olur. Bu, biriynən yol gedir. Gedillər bi yerdə. Birdən külək, şimşək, qar, çoğun başdıyır. Bu kişinin biri dığırranır. Ha Allahı çağırır, görür adə, bu yanımdakı heç nə demir, mən Allahı çağıra-çağıra getdim uçuruma. Nəisə, kişinin qol-qabırğası sınır. Bi qərinədən sora deer, dağ dağa rast gəlməz, insan insana rast gələr. Bu həmən adama rast gəlir. Deer:
– Sən o vaxtı nə Allahı, nə peyğəmbəri çağırdun, sağ-salamat çıxdun getdün. Mən orda çağıra-çağıra düşdüm, şül-küt oldum.
Deer:
– Sənin işün düşəndə Allahı çağırırsan, mən isə 9 yaşınnan Allahnan danışıram. Allahnan, peyğəmbərnən danışıram. Odu ki, mənə heç nə olmadı. Sən düşdün, şül-küt oldun.