Bi padşah qəzəblənib bi cavanı gətirdi ki, boğazinə ip keçürtsünlər. O cavan ağzinə gələni padşaha və namusinə dedi. Şah da eşidirdi. Soruşdi birinci vəzirindən:
– Birinci vəzir, o cavən nə dedi?
Vəzir deyir:
– Şah sağ olsun, sənə öz təşəkkürünü bildirir. Diyir ki, sağ olsun padşah, mənim bu cəzayə, boğazdan asılmayə ləyaqətim var.
Şah dedi:
– İkinci vəzir, bu birinci vəzir düz diyir?
Dedi:
– Şah sağ olsun. Siz özüz də eşidirdiz, bu cavan sizin namusizə qədər söydi.
Şah dedi:
– İpi gətirün, keçirdün ikinci vəzirin boyninə. Qoy cavan azad olsun! Xoş olsun o şəxsə ki, yalan danışər, sülhü bərpa eylər. Vay olsun o şəxsə düz danışər, fitnə-fəsadı artırar!