Nuh Peyğəmbər ikimin beş yüz il ömür elədi. Xalqını Allahın birliginə dəvət elədi. Camaat Allaha inanmırdı. Allahın birliginə dəvət elədi, xalq da baxmadı ona. Axırda Allahdan olara bəla istədi. Allah da dedi:
– Bir gəmi qayır!
Nuh gəmini qayırdı bir neçə ilə. Qayırandan sonra Allah dedi:
– Yığ sənə inanan adamlarını o gəmiyə.
Üç mərtəbə gəmi idi. Quşlardan da götürdü, heyvanlardan da, adamlardan da. Nə qədər imana gəlmişdi, bu adamlardan götürdü yuxarı mərtəbəyə. Götürəndən sonra Allah dünyanı basdı suya. Dünya bütöy suyun altında qaldı. Gəmiyə mindilər. Həzrəti Nuhun oğlu da var idi. Oğlu da iman gətirmədi, oğlu da inanmırdı atasına. Sam adında oğlu var idi.
Oğlu gördü ki, su qalxdı dağa tərəf, su qalxdı qıçına tərəf çatdı. Çağırdı atasını ki, ölüm yaman şeydi axı, atasını çağırdı, gəl. Atası qayıtmaq istədi ki, onu götürsün, övlad şirindi axı. Allahdan nida gəldi. Qayıtma! O sənə iman gətirmədi!
Nuh qayıtmadı Allahın qorxusundan. Oğlunu da su basdı öldürdü. Gəmiyə minənlər salamat qaldı.
Bundan sonra gəmi Cuda deyilən yer vardı, gəldi ora çıxdı. Ondan sonra nəsil hamı ondan artdı. Dünyanın hamısı qırılmışdı. Millətlərin hamısı. Adam qalmamışdı. Neçə adam orda vardısa, o adamlardan nəsil artdı.