Həştat beş yaşım var. Yetmiş ildən çoxdur ki, çöpçülük edirəm. Mən seyidəm, ağır seyidin qızıyam. O vaxtı bu çöpçülüyü mənə yuxuda verdilər, nənə canı. Hə, çöpçülük ögrənməklə olmur, gərək vergili olasan, vergi verilə. On iki yaşımda mənə verilib bu çöpçülük. Elə o vaxtdan da çöpçülük eliyirəm. Oğlum məə deyirdi ki, çöpçülük eləmə. Bizi biabır eliyirsən. Məni çox incitdi.
Çöpü burunnan piliyirəm, boğazdan gəlir düşür. Çöpü ötürmək yaxşı deyil. Mən mədə də söğıyıram. Bakıdan gəlirlər mədə sığıyıram. Bağışda məni – uşağı olmuyanın qarnını çəkib bağlıyıram olur uşağı. Məni İrana apardılar, Ərdəbilə, on beş ildi bi dənə gəlin alıblar, əri boşamağ istiyir onı, qaynana qoymur boşamağa, bular mənim yerimi bildilər. Getdim Ərdəbilə. Üç gün ac qarnına çəkdim, bağladım. Eşitdim ki, doğub – qızı olub. Mən uşağ tutmuram, ancağ bel bağlıyıram. Amma əsas işim çöpçülükdü. Çöp böyükdə də qalanda çıxardıram. Kişilər də gəlir, balığ sümüyü qalır boğazlarında çıxardıram. Çoxsunu eləmirəm. Çöpü çölə çıxardıram. İçəri ötürsəm, mədəyə-zada batar.
* * *
Mənim nəvəm balacaydı, çiləli uşağıydı. Demək, gecəni yatmadı. Ondan qabağ anası uşağı qucağında uzatmışdı qıçının üstünə, əlində heyva soyub yeyirdi. Hə, gecəynən götürdüy apardığ çöpçüyə. Çöpçü onu üflədi, kimyələdi boğazın. Onun boğazınnan heyvanın qalığı düşdi.
* * *
Uşaq qızdıranda, qusanda, yemiyəndə, burnun eşəndə, gözünü ovanda deyillər, aaaa bunun çöpü qalıb. Mən məsəl qlandasınnan bilirdin ki, əgər düyün olsaydı, deməy cöp var. Apararduğ çöpcüyə.