Masalli folkloru 2



Yüklə 1,65 Mb.
səhifə41/188
tarix01.01.2022
ölçüsü1,65 Mb.
#102812
1   ...   37   38   39   40   41   42   43   44   ...   188

Onsuzda qılmayacaq



Mədəd adlı birinin yaşı səksəni ötsə də namaza yaxın gəlmirdi. Tay-tuşları onu danlayırdılar ki, niyə namaz qıl­mır­san. Mədəd də elə mahna eləyirmiş ki, bu yay qılacam namaz. Belə olanda həmyaşıdları başlayırlar Mədədi izləməyə. Gö­rür­lər xeyr, Mədədnən namazın arası burdan düz Biləsuva­ra­candı. Günlərin bir günü yığışırlar Mədədgilə. Çopur Qələ­ma­lı başlayır:

– Allaha, Tarıya bax, ay Mədəd, namaza əyil.

Mədəd bu dəfə and eləyib, qəsəm qılır ki, məni sübh vax­tı çağırın. Sübh vaxtı olur. Mədədi çağırırlar ay vermir, evə gəlirlər, görürlər ki, Mədəd yorğan-döşəkdə yoxdur.

Soruşurlar, hanı Mədəd. Arvadı and-aman eləyir ki, Mə­dəd gecənin bir yarısı ayıldı ki, məni pristav Lənkarana ça­ğırb. İşi belə başa düşən həmyaşıdları peşiman olurlar. Çopur Qələmalı üz tutur yanındakılara:

– Ay yazıqlar, bu gecə vaxtı nə şihə çəkirsiniz onsuz da Mədəd namaz qılmayacaq.

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   188




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin