Masalli folkloru 2



Yüklə 1,65 Mb.
səhifə47/188
tarix01.01.2022
ölçüsü1,65 Mb.
#102812
1   ...   43   44   45   46   47   48   49   50   ...   188

Surra Bədirin güləşməyi



Bayram günləri hər yerdə olduğu kimi bizim kənddə də cavanlar güləşərmişlər. O zaman kənddə gəlmə Surra Bədir adlı birisi yaşayarmış. Pəhləvan cüssəli olduğundan kim gü­ləşmək istəsə, Bədir onunla güləşib kürəyini yerə vurarmış, həm də təbiətcə sakit adammış. Günlərin bir günü kəndə İran­dan bir dəstə oyunbaz gəlir, aralarında da bir yekəpər pəhlə­van. İranlılar camaatı bir yerə toplayır oyun göstərir, musiqi çalınır öz işlərini görürlər, qalır güləşmək məsələsi. İranlı elan verir ki, kim bizim pəhləvanla güləşər, heç kim cürət eləmir. Surra Bədir uzaqdan bu mərəkəni görürmüş. Bədir görür ki, bu pəhləvan deyil, İranın bir kələm-kötür heyvanıdır. Fikirlə­şir bu qədər adam içində qol-qabırğamı sındırar, xəcil olaram. Onsuz da buna gücüm düşməyəcək, haray bu başdan. Elə yax­şısı çıxım aradan, bir azdan adam tökülüşəcək. Elə bu əs­nada ca­maat Bədiri nişan verir. Kənxuda Səlim Bədiri tanıdır və deyir:

– Bədir, bu kəndə nə qədər pəhləvan gəlib arxasını sən yerə vurmusan. İndi çıx meydana bu iranlıya gününü göstər, bizi xəcil eləmə.

İşi bilən Bədir soyunub-geyinməyə vaxt istəyir. Cəngi çalınır, çox gözləyirlər Bədir gəlmir. Adam göndərirlər Bədir soyunub geyinən yerə. Görürlər lələ köçüb, yurdu qalıb. De­yirlər, Bədir o gedən oldu, bir də bu kəndə qayıtmadı. O vaxt­dan məsəl qalıb. Kim bir işi gecikdirəndə deyirlər:

– Sənin işin lap Surra Bədirin soyunub geyinməyi kimi oldu ki...


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   188




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin