Masalli folkloru 2



Yüklə 1,65 Mb.
səhifə55/188
tarix01.01.2022
ölçüsü1,65 Mb.
#102812
1   ...   51   52   53   54   55   56   57   58   ...   188

Yandım Xanəli



Kərbəlayi Hüseynəli oğlu Xanəli kişinin iki arvadı var imiş. Bir gün kişinin kefinə düşür ki, bu arvadları sınasın, görsün onu hansı arvad çox istəyir. Kişi eləmir tənbəllik “öldüm, öldüm”, – deyib vurur özünü ölmüşlüyə.

Qəzadan bir neçə gün bundan əvvəl bunlara gələn sal­yanlı qonaq da kişiyə bir bardaq Salyan doşabı gətirmiş imiş. Doşabı qoyublar yükün altına ki, ağzı qışa yeyərlər. Əlqərəz, kişi uzanır ortalıqda, doğrudan ölmüş kimi nəfəsini də çəkir içinə. Arvadlar baxır ki, bu kişi lapdan düşüb öldü. Əvvəl baş­layıllar haray-həşir salmağa, sora arvadın biri o birinə deyir:

– Başın batsın, nə qışqırırsan, indi qonum-qonşu tökü­lüb gələcək, ölü bir yana qalacaq, arada doşabı yeyib qur­ta­racaqlar.

İkinci arvad mat-mat baxır onun üzünə, soruşur:

– Aaz, bə nağayrax?

O biri:

– Nə qayiraceyek, gəl doşabı yeyək, sora hay salax.

Hər iki arvad də bayaq, bardağı qoyurlar ortaya, nə bi­lir­lər, nə yeyirlər. Sonra başlayırlar başlarına, dizlərinə döyə-döyə hay-küy salmağa. Səsə-haya qonşular tökülüb gəlir. Dip­diri kişini uzadırlar üzü qibləyə, başlayırlar ağlamağa.

Doşab da ki, öz işini görür, arvadlara verir yanğını. Ya­zıq arvadlar dərdlərini heç kəsə deyə bilməyib, dizlərinə vura-vura ağlayır, ağlaya-ağlaya deyirlər:

– Yandım, Xanəli! Yandım, Xanəli!

Xanəli də eşidirmiş hər şeyi. Görür ki, arvadlar dil bo­ğa­za qoymurlar, de bayaq, qalxır ayağa, cumur arvadlarına sarı:

– Ay köpəyin qızları, sizi yandıran Xanəli döyül e, doşabdı!

O vaxtdan bu söz dilə-ağıza düşüb, məsələ çevrilib.


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   188




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin