Masalli folkloru 2



Yüklə 1,65 Mb.
səhifə59/188
tarix01.01.2022
ölçüsü1,65 Mb.
#102812
1   ...   55   56   57   58   59   60   61   62   ...   188

Hopp, çı nığılə?



Mahmudavarda elə kişilər yaşamışdır ki, özünü kimsə­nin yanında əksiltməyərək qürur və ləyaqətlərini hər şeydən uca tu­tublar. Hətta onlardan biri çayda boğulduğu yerdə, üzə bil­mə­diyindən çayın dərin yerində batıb-çıxdığı vaxtda qüru­run­dan deməyib, qışqırmayıb, haray salmayıb ki, ay aman, bo­ğuluram, yaxud kömək edin. Əksinə, hər batıb çıxanda deyib:

– Hopp, çı nığılə – yəni hopp, nə dərindir?

Yaxındakılar görüblər ta kişi boğulur, onu xilas ediblər.

Hə, indi islanmışam



Özünü təkəbbürlü aparan, başını dik tutan biri körpüdən arxa yıxılıb tamam islanır. Həmyaşıdları haraya çatıb onu su­dan çıxarmaq, halına yanmaq istəyirlər, yığılıb islanmağının səbəbini soruşurlar.

O cavabında özünü o yerə qoymayaraq deyir:

– Sizin xəstə gözləriniz məni islanmış görür, əslində mənim pal-paltarım qupqurudur.

Cavanın yekəxanalığı həmyaşıdlarını təbdən çıxarır, onu yenidən arxa atır, özünü bir neçə dəfə suya salıb çıxarırlar, hər dəfə soruşurlar:

– İndi necə islanmısan, ya yox.

Təkəbbürlü cavan da hər dəfə bildirir ki, islanmayıb ki, islanmayıb.

Sonuncu dəfə təkəbbürlü cavanın başını suya basıb o qə­­dər saxlayırlar ki, ta cavan boğulub ölmək həddinə gəlir. Əl­dən gedən şirinliyini dərk edən cavan yalvarır ki, onu bu­raxsınlar. Onu buraxanda:

– Hə, indi bir az islanmışam, – deyir.


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   188




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin