Bi gün Arif, mən, Yediyar getmişik İstilə çimməyə. Arif də Bakıda oxuyur. Dedim, Yediyara gəl örgədəg Arifi də tursiyimizi cıxardağ atağ o yana, lüt tullanağın suya. Görək kim suyun altında çox qalacağ. Arifi pişirdiy, birinci Arif girdi atdanmağa, qaldı lümbələm lüt. Daldan qaşdığ gəldiy, Arif atdandı biz də bının paltarrarın götdük, özümüz də geyindik qaşdığ evə. O da qaldı orda lüt. İndi üzə-üzə gəlib çıxıb bizim suaddan. Mən də baxıram evin böyrünnən. İndi bı belə baxır, yatır. Mən də baxıram. Nənəm də deyir:
– A bala, o lüt kimdi orda helə?
Dedim:
– Ay nənə, mən nə bilim axı.
Məən də nənəm onun xalasıdı.
Nənəm yabeynən yavaş-yavaş gedər, görər, Arif.
– Xala, gəlmə, xala, gəlmə lütəm.
– Ay bala, niyə lütsən?
Deyər:
– Qənbər paltarrarımı oğurruyub aparıb, özümü də lüt qoyub burda.
Gördüm nənəm gəlir, tez ədyalı çəkdim başıma. Zıppıltıynan qoydu yabanı mənə. Ver onun paltarrarın. Nəsə verdim. Apardı, verdi, o da geyib getdi evinə.