Televizir təzə çıxan vaxtı qonşu kənddən bir nəfər televizir alıb gətirib, bunun anası da yaşdı arvad imiş. Bu adam da təzə evlənmişmiş. Özü də çöl, bayır adamıymış. Televizirdə yaxşı kino verirmişdər. Açıblar, arvad deyib ki, yox, bala, televiziri söndürəyün, qoy oğlan gəlsin, bir yerdə baxağun. Söndürüllər, oğlan, gəl, gəl saxlamışuy bir yerdə baxağ. Açıblar görüblər ki, televizir xışıldıyır. Gecə saat 12 olub.
Gənə hüzr məclisidi. Orucluq ayıdı. Qonşu kənddə olub. Günortadan soradı, day günorta, zad yoxdu demə. Mollagil gediblər məçidə, namaz qılmağa. Adam seyrəydi. Biz də getdiy oturduğ. Biznən bir yoldaş var, bizdən yaşdıdı. Bunun atası molladı, Allah canına sağlığ versin, yanı bir az din sarıdan savadı var. O oturub söhbət eliyir, ordan-burdan. Başdadı keçmişdən rəhməttiy Bəhlul Danəndədən danışmağa. Dostum dedi: – Hə, tanıyıram. Mənim qonşumdu. Dedi: – A bala, yox e, mən o Bəhlul Danəndəni deyirəm.