Kənddə bir kişi olur. Hamı bunu üstünə borca gəlirmiş, bu da verirmiş. Təmənnasız verirmiş. Məsələn, biri deyirmiş ki, ver beş günə qaytaracam, o biri deyir üç günə qaytaracam və s. Bir dəfə də biri gəlir. Bu kişi öz-özünə deyir ki, bu elə həmişə alır, məni incidir, qaytarmağa çətinniy çəkir.
Deyir:
– Ay dayı, mənə 200 manat pul ver, sabah qaytaracam.
Deyir:
– Sabah qaytara bilməzsən.
Deyir:
– Yox e, sabah qaytaracam da, səhər qaytaracam.
Deyir:
– Yaxşı, quqquluqu, səhər açıldı, qaytar görüm hardan qaytaracaqsan?
Xaşıl
Bi qardaş gedir bacısının evinə, bacısı gətirir buna xaşıl bişirir. Yeyir, yeyənnən sorasına deyir ki:
– Bacı, bunun adı nədi? Yaxşı bir şeydi, gedərəm evə yoldaşıma diyərəm bunnan bişirər mən həmişə yeyərəm.
Diyir:
– Qardaş, bunun adı xaşıldı.
Bu, “xaşıl” deyə-deyə gedir. Gəlir bu batağlığ yer varmış, suyu keçəndə söz çıxır yadından. Söz çıxır bunun yadınnan, diyir ki, bıy söz çıxdı mənim yadımnan. Bu yeməyin adı nəyidi, bacımın da evi uzağ mən ora necə gedim. Başdıyır bu diyir suyu keçəndə söz düşdü bura. Burdan keçəndə düşdü. Başdıyır buranı ayağlamağa, ayağlıyır-ayağlıyır. Kənardan bi kişi gəlir diyir: