Ənnağının yolu şəhərə düşür, küçəni qadağan olunmuş yerdən keçərkən yol müfəttişi onu saxlayıb 3 manat cərimə edir. Ənnağı çıxarıb 6 manat verir və müfəttişə başa salır ki, bir azdan bu yolu yenə qayıdacaq, 3 manat da qayıdan başın cəriməsidir.
Məhkəmədə
Ənnağının dostlarından biri bulvarda vəzifəli bir adamın qızına sataşır. İş düşür məhkəməyə. Ənnağı “tinini düzəldib”, sərxoş halda məhkəməyə gedir. Öz aləmində olan Ənnağının məhkəmənin çıxardığı hökmdən xəbəri olmur. Yanındakı adamdan soruşur. O, müttəhimin buraxıldığını söyləyir. Ənnağı:
– Malades, bravo, – deyərək atılıb düşür.
Ənnağının kefli olduğunu görüb, onunla məzələnən həmin adam təqsirkara 15 sutka iş kəsildiyini bildirir. Bunu eşidən Ənnağı:
– Adə, basın getsin, elə basılmalı əclafdır, – deyə qışqırır.