Ənnağının atası gecə rəhmətə gedir. Səhər tezdən hüzürlə bağlı qulluğa gedən Ənnağı bir tanışına rast gəlir.
Soruşur:
– Xeyir ola, Ənnağı, səhər-səhər hara belə?
Ənnağı deyir?
– Xeyirdi inşallah, ədə rəhmətə gedib.
Yığıncaqda
Kənd klubunda təsərrufat işçilərinin yığıncağı varmış. Yığıncaqda rayon partiya komitəsinin işçiləri, raykom katibi də iştirak edirmiş. Ənnağı söz alıb deyir:
– Yoldaş katib, mən 40 ilin kommunistiyəm, uzun illərdir ki, təsərrufatda çalışıram. Hökümət itlə mənim aramda heç bir fərq qoymur. Katib təəccüblə soruşur:
– Kişi, bu nə sözdür?
Ənnağı fikrini aydınlaşdırır:
– Yoldaş katib, bizdə bir fıs-fıs Güləli var o, uşaq bağçasında qaravulçudur. Adı işdədir, özü Bakıda alverdə. Öz yerinə bir it bağlayıb, bağçanı qoruyur. Həmən o it də 70 manat alır, mən də...