Bizim Yardımlıdan gələn adamlara həmişə biz də bırda arxa dayağ oluruq. Bizim də bir qonağımız varmış, qonağ deyəndə dost yəni.
Günnərin bi günü orda mənim anamın tay-tuşu olan bir oğlan olub, adı da Ağaxan, ordan gələr bizə. İndi bılar saba Masllıya bazara gedəcəylər. Bazara da gedməy olarçün çox böyük bir işdü. Niyə? O vaxtı Masallı bazarı, Qala bazar adnan idi. Çox tünnüy olardı onda bıralar. Səər durublar bırdan, gediblər, deməy Ərkivanı keçiblər, indi İskəndəriyə yaxınnaşıllar, onnan sora uje bazardu da, Maslall bazarı. Ahaaa, anam da bına qulp qoymağ , sataşmağ istiyib.
Deyib:
– Vayy Ağaxan, sən bazara birinci dəfədi gedirsən həəəə?
Daa fikirrəşmiyib ki, mının ağzında elə sümüy var da. Nəisə sümüyü alır ağzına girir bazara. Camaat baxan-baxan gülür mına. O söbət hardasa, 1953-55-ci illərdə olub. Amma hələ də o söhbət bi yerdə oturulanda danışılır.