Masalli folkloru 2


Toplayıcılar: Füzuli Bayat 8. NAĞILLAR



Yüklə 1,65 Mb.
səhifə99/188
tarix01.01.2022
ölçüsü1,65 Mb.
#102812
1   ...   95   96   97   98   99   100   101   102   ...   188

Toplayıcılar:


Füzuli Bayat

8. NAĞILLAR

Taleyi dəyişdirmə



Bir şəxs öz taleyindən, kasıbçılığdan çox gileylənir. De­yir gedərəm taley yazanı taparam. Avamlığından deyir bunu. Öz ta­le­yimi təzədən quraram. Mənim taleyim yaxşı deyil. Çox yol ge­dir, hədindən artıq. Gedir, gedir yolun bir yarısında bir şirə rast gəlir. Görür şirin bədənində tük yoxdur, ayağında güc yoxdur.

Deyir:

– A şir, sən burda niyə yıxılıb, qalıbsan?

Deyir:

– Mən acam, taqətim yoxdur, bədənimdə tük yoxdur, ayağımda güc yoxdur.

Deyir:

– Nədən?

Deyir:

– Bilmirəm.

Şir deyir:

– Sən hara gedirsən?

Deyir:

– Mən gedirəm taleh yazanın yanına.

Deyir:

– Nə olar, mənimdə taleyimi diyərsiz də, mən acam, bə­dənimdə tük yoxdu, ayağımda güc yoxdu.

Gedir. Taleyindən gileyli şəxs bir az gedir, iki dənə xur­ma ağacına rast gəlir. Görür xurma ağacları quruyub. Xurma ağaclarına bir xeyləm baxır. Fikirləşir, deyir, “görəsən bu ağac­lar niyə yanıb?” Ağaclardan nida gəlir ki, ey adəm evla­dı, sən hara gedirsən?

Deyir:

– Mən taley yazanın yanına gedirəm. Mən öz tale­yim­dən gileyliyəm.

Deyirlər:

– Nə olar bizim də taleyimizi o taley yazana deyərsiz ki, niyə bizim ayağımızdan, köklərimizdən su gəlmir. Biz quru­yub qalmışıq.

Deyir:

– Yaxşı, deyərəm.

Gedir bir dənə şaha rast gəlir. Bu şah diyanır yolda, deyir, görəsən gələn kimdi. Deyir:

– Sən kimsən?

Deyir:

– Mən taleyimi yazanın yanına gedirəm, öz taleyimdən gileyliyəm.

Deyir:

– Bəs sən kimsən?

Deyir:

– Mən bir şaham. Üç yüz min qoşunnan gedirəm, ancağ mən qoşunumnan məğlub oluram.

Deyir:

– Bəs sən hara gedirsən?

Deyir:

– Mən öz taleyimdən ötrü taley yazanın yanına gedirəm. Allahtala göydə hər şeydən xəbərdar olur.

Şah deyir:

– Nə olar, mənim də taleyimi deyərsən.

Deyir:

– Yaxşı.

Gedir çıxır bir bulağın başına. Bulağın başına çatanda görür bir şəxs oturub (Allahtala ona rast gətirir. Allahtalanın üstümüzdə nəzəri var. Allahtala görəndi, biləndi və yaradandı, ruzi verəndi.). Görür ki, bu şəxs yoruldu, yol getməkdən. Ça­yın qırağında bir söyüd ağacının yanında bir şəxs onun gözünə görsənir. Görür çoxlu çör-çöp yığıb qoyub. Bu, yanın­da bir dənə çöp götürür vurur suya. Baxır ki, ora su gedir nazik gedir. Yenə çöp götürür, vurur görür, ora su bol gedir. Bi də əlini atır baxır ki, çöp qurtarıb. Taley yazan baxır. Gö­rür ki, bu çöp qurtarır. Baxır bu tərəfə, görür bi adam. Deyir:

– Salam əleykim.

Baxanda bu şəxs deyir, sən kimsən? Bayaqdan görürdün mən burdayam.

Deyir:

– Sən məni görürdün üzünü niyə bu yana eləmirdin?

Deyir:

– Mən görürdüm bunun axırı hara gedir.

Deyir:

– Bunun axırı budur ki, Allahtaladan mənə hökümdü hər şəxsin taleyini mən vururam.

Deyir:

– Mən elə səni gəzirdim ki, sən mənim taleyimi vurmalısan.

Deyir:

– Sənin taleyini vurmuşam.

Deyir:

– Vur görüm, necə vurmusan?

Vurur taleyi suya. Su gəlir nazik kimi axır gedir.

Deyir:

– Yox, mən bununla razı deyiləm.

Deyir:

– Niyə?

Deyir:

– Bayaqdan vururdun su gəlirdi keçirdi. İndi mənim üçün vurdun su nazik gəldi, niyə?

Deyir:

– Bu Allahtalanın hökmüdü.

Deyir ki:

– Yox, mən bu taleyi dəyişdirib ayrı taley vuraram.

Taleyi vurur, suyu verən Allahdı. Gur gəlir, dayanır. Bu şəxs deyir:

– Yaxşı.

Qayıdanda deyir şah mənə bir söz demişdi.

Deyir:

– Ey taley yazan, Allahın hökmü ilə bir şah mənə rast gəldi. Mənnən taley istədi. Dedi ki, mənim üçün taley vurar­sız. Mənim taleyimə baxasız. Deyir, onun taleyini vurmuşam, ancağ o, qızdı ona deyərsiz, bir əfəlinə ərə getsin. Ərə getsə, şah məğlub olmaz. Öz geyimini öz yoldaşının əyninə geydir­sə, o məğlub olmaz.

Deyir:

– Yaxşı, deyəcəm.

Deyir:

– İki dənə xurma ağacı qurumuşdu. Olar da mənə dedi ki, biz niyə qurumuşuq, niyə yarpağ açmırığ başqa ağaclar kimi. Biz niyə quruyub qalmışıq?

Deyir:

– Sən gedərsən diyərsən xurma ağaclarına, ayağları kü­pə dəyib, kökləri küpə dəyib. Küpü üstə çıxadarsan. Olar da torpaqdan su içərlər, olar da göyərərlər.

Deyir:

– Yaxşı, bunu da deyəcəm. Axı bir şey də gördüm, de­yir. Bir şir idi yolun ortasında uzanmışdı bədənində tük yox idi, ayağlarında güc yox idi. Deyirdi, yaman acam heç bil­mirəm neyniyim.

Deyir:

– O şirə də deyərsən ki, o, axmaq bir kişinin başın yesin. Onun ayağına güc gələr bədəninə də tük gələr.

Bu taleyindən narazı adam hər şeyi öyrənib qayıdır. Qa­yı­danda rast gəlir şaha. Şah deyir, bədbəxt oğlu, nə yaxşı sir­ri­mi bildin, helə mənnən evlən, qoy mən şahlığımı verim sə­nə. Yaşa özün üçün. Deyir:

– Yox. Mən öz taleyimi tapmışam.

Gəldi xurma ağaclarına çatdı dedi:

– Küp var altınızda o, küpləri çıxatdırın. Torpağdan su içərsiz, göyərərsiz, xurma gətirərsiz.

Dedilər:

– Küpü çıxart yaşıyaq.

Dedi:

– Yox. Mən öz taleyimi tapmışam.

Gəldi şirə hamısını dedi. Şir gördü ki, elə axmaq budur. Atıldı kişinin başını yedi. Canı da qurtardı. Ömrü dayandı, yə­ni uzun-uzadı getmədi. (İnsan gərək həyatda Allahdan narazı olmasın. Bi şəxs ki, məclisdə öz taleyinnən gileyli olur, bu söz orda açılır. Yetimlik çəkmişəm, ögey ana əlində böyü­mü­şəm. Yəni səkkiz dənə atasız uşaq saxlamışam. Altı dənə ata­sız qız ərə göndərmişəm. İki dənə burda uşağları evləndir­mi­şəm. Allaha həmşə şükr etmişəm.)

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   188




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin