Masalli folkloru 2



Yüklə 2,37 Mb.
səhifə40/57
tarix06.03.2018
ölçüsü2,37 Mb.
#44425
1   ...   36   37   38   39   40   41   42   43   ...   57

Müslüm kişi



Mənim öz babam, anamın atası Müslüm kişi, qaçağ olub. 37-38 də hardasa bıları represiyada göndəriblər Qaza­xıs­­tana. Müharibə dövründə elə orda olub, müharibədən sora isə, hardasa 52-53-də oları belə bir qanun vardı, yəni yaşa­dı­ğın məntəqədən 100 km aralıda ev qura bilərdin. Onnan yaxın gələ bilməzdin. Burda görsələr, səni təzədən tutub basardılar, gön­də­rə­cəydilər ora. Mənim babam da Səlyanda düşüb mən­zil qu­rub. Ordan bizə 100 km-di. Həəə, hər bazar günü mə­nim anam, bırdan nənəmnən minirmişdər poyuza, gedir­miş­dər. Onun da dəmiryol stansiyasında bir balaca bıtqası var idi. Köhnə kət­dərin liboyunda desəz Müslüm kişi, Qərib­lər­dən, onu hamı ta­nı­yır. Deməg, Mərkəzi komitədən bi nəfər səhv elə­mirəmsə, Tel­man Əliyevin atası olub. O sovetin vax­tında, hardasa 70-80-i illərdə, aktiv komunistlərdən biri olub, T.Əliye­vin atası.

Bı Yardımlı yolunda, qaçax-quldurlar dolu olardı. Məəm babam da həmişə kasıb-kusuba əl tutardı. O adam da Yar­dımlıdan gəlirmiş. Yanında da da kimsə olub. Mən sizə danışıram, 1947-48-ci illərdən. Ümumiyyətlə, Yardımlıdan mü­­haribəyə çox az adam gedib. O yevreylərin bi sözü var ee müharibə qutarannan sora qaçıb gəlib deyillər ki, adə mü­haribə idi, adə bəs bizə niyə deməmsüz. Həə, o kişi Yar­dım­lıdan gəlirmiş, yanında da adyutantı zadı olur. O Şıxlar tərəfdə də qaçax-quldur çox olardı. Bılara da hücum eliyəllər. Bılara hücum eliyəllər, görəllər ki, varrı hallıdılar. Atdarı fi­lanı var, geyimləri zadı, hücum eliyəndə, bu yannan mənim ba­bam rəhmətdiy çıxar, vurar bıları yıxar. Həmin qaçaxları qovub, oları da gətirib evinə. Orda da olara çox gözəl qulluğ fi­lan eliyiblər. Onnan sora da olar dostdaşıllar. Həmişə rəh­mət­diy nənəm deyərdi, Teymur Əliyev dədəmin dostudur.

Kişi gülləsiynən öldü



O vaxtı Qərbi Azərbaycanda qaçax Kərəm olub. Bu da çox adlı-sanlı və cəsarətli bir adam olub. Bunun bir Bağır bəy adlı düşməni varmış. Qan düşməni imişlər. Bir-birlərini axta­rır­mışdar ki, kim kimin əlinə birinci düşsə, o onu vuracağ. O yerə qədər düşmən imişlər. Bir günnərim bu 70 nəfər dəlisiy­nən, qaçağıynan gedirmiş. Bu qabağda atnan gedər, o 70 nəfər də bunun dalısıycan, o durna qatarı kimi gələrmiş. Gəlib çıxır bi yerə, qaçaq Kərəm görür ki, aaa, Bağır bəy dəsmalın çı­xa­rıb bağlıyıb başına, ağ köynəyinin də belinə bağlıyıb, əlində çin, biçin biçir. Tüfəngi çıxardır buna atsın, deyir, yoox, bu ki­şiligdən döör. Mənim əlimdə tüfəng var, onun əlində çin var. Bunu burda vursam, nakişiligdi. Gəlir deyir, Bağır bəy, sa­laməleyküm. O da bunu görən kimi bir həyəcan keçirir ki, in­di bunu vuracağ. Bu da heç özünü biruzə də vermir. Deer:

– Əleyküməsalam.

Deer:

– Bərəkətdi olsun.

Atın sürür gedir, bu 70 nəfər də bunun ardınca. Bu qa­çax­ların içində bir dənə Tat Əhməd varmış. Lap axırdaymış Tat Əhməd, dalda gəlirmiş. Gəlir görür, aa, Bağır bəy burda biçin biçir. Yəqin ki, qoçu bunu görmüyüb. Çıxardır tüfəngini tarapp, bi güllə buna. Bu da 70 atlıynan hardasa bir 700-800 metrə o yana uzağlaşıbmış. Həmən güllə səsinə qayıdır. Qo­vur atı, görür ki, Bağır bəy qan içindədi. Tez gəlir bunu qu­cağ­lıyır, deer:

– Ə, bunu kim vurdu belə?

Tat Əhməd deyir:

– Qoçu, mən vurdum.

Deer:

– Ə, namərd, adam da adamı çörəy üstə vurar? Çıxardır mozerini bi güllə ona. Əhmədi oldürür. Bağır bəy də görür ki, məni vuranı öldürdü. Sora götürür onu qucağına deyir:

– Bağır bəy, mən səni nə Tiflisə çatdıra bilərəm, nə də Gəncəyə, bə neyniyim?

Bağır bəy deyir:

– Mən sənin mərdliyüvü gördüm, sən mənə orda Allah qüvvət versin, deyib getdün. Məni öldürəni də gözümün qaba­ğın­da öldürdün. Sən çıxart o mozeri bi dənə də mənə vur. Qoy mən Tat Əhmədin gülləsiynən ölmiyim. Qoy desinnər ki, Qo­cu Kərəmin gülləsiynən öldü. Kişi gülləsiynən öldü, de­sinnər.

O da çıxardır bi güllə vurur bına.

Qapına düşmən kimi gəlməmişəm



Bi günləri də Qaçax Kərəmə deyillər ki, bəs Rusiyadan bir general gəlir, imenni səni tutmağa. Gəlib Tiflisdədi, ordan da gəlib səni tutacax. Bu Qaçax Kərəmin də arvadı hamilə olur. Deyillər ki, sən bu gecə çıxmalısan, qaçmalısan İrana. O rus generalı Tiflisdədi, saba burda olacax. Bu təxminən Qa­zax, Akstafa, Tovuz, Şəmkir – bu aralarda olub bu Qaçax Kə­rəm. Oralarda at sürürdü. Bu görür ki, arvadı da hamilədi, mən hara gedim, bu qadını necə apara bilərəm? Gedər yolda bu­nun halı çönər, filan, yağış da bərk yağır. Kimə tapşırım ge­dim mən bunu? Arvadı qoyur atın tərginə, fikirrəşir ki, mə­sə­lən, Məmməd mənim dostum var, deer öz-özünə ki, yox ona arvad tapşırmağ olmaz. Deer, qohumum var, məsəlçün, fi­lankəs, yox ona da ümid eləmək olmaz. Nə bilim kim var, kim var. Sayır hamısın ürəyində, deer, mənim bir düşmənim var, İbrahim bəy. Düşməndi o mənnən, amma baxma düş­mən­­di, ona arvadı tapşırmağ olar. Atın sürür onun qapısına. İb­ra­him, İbrahim. O da səsinnən bilir ki, bu Qaçax Kərəmdi. Deer, həəə, bu məni öldürməyə gəlib. Bu da tüfəngin götürür, çıxır çölə.

Deer İbrahim, tüfəngsiz-zadsız çıx çölə, mən sənin qa­pı­na düşmən kimi gəlməmişəm. Mən gedirəm bu gecə İrana, Ru­siyadan general gəlir məni tutmağa. Mən yoldaşımı apara bil­mə­rəm, o hamilədi. Bu gün – sabahdı, bəlkə yolda doğar. Mən ar­vadımı istiyirəm sənə tapşıram gedəm. Çünki bütün qo­hum­larımı, dostdarımı gözdən keçirtdim, olara arvad etibar elə­məy ol­maz. Nə deyirsən mənə? Hələ bir-birini görmüllər eeee, səsin eşidillər.

İbrahim bəy deyir:

– Mənim balamdı, gətir bıra.

Aparır arvadı verir bına, özü atın çapır gedir. Bir müd­dət orda qalır, bu arvad da burda azad olur, uşağı olur.

Bax belə kişilər olub həyatda. Hətta düşmənin halalına belə pis göznən baxmıyıblar.

Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin