Masalli folkloru 2



Yüklə 2,37 Mb.
səhifə47/57
tarix06.03.2018
ölçüsü2,37 Mb.
#44425
1   ...   43   44   45   46   47   48   49   50   ...   57

İcazə



Bi gün Fatimeyi Zəhra atasınnan soruşur:

– Ya ata, birinci cənnətə kim girəcək?

Deer:

– Qonşunun arvadı.

Deer:

Necə yəni, mən on bir uşağ anası ola-ola, iki dünyanın xanımı, Məhəmməd peyğəmbərin qızı, mən qala-qala qon­şu­nun arvadı gedəcək cənnətə?

Deer:

– Bəli, gedib öz gözünnən görərsən.

Səhər olur, Fatimə gedir qonşunun evinə. Qapını döyür, qonşu qapını açmır. Açır ha, belə qlazokdan baxır. Görür ki, Fatimədi.

Deer:

– Ya Fatimə, xeyir ola?

Deer:

– Mən gəlmişəm sənin haluna, əhvaluna dəyəm.

Deer:

– Yox, mən ərimnən icazə almamışam, qapını aça bil­mərəm. Get, sabah gələrsən.

Bu çıxıb gedir. Səhər İmam Hüseyni də götürür, yenə də gəlir. Arvad baxır görür bılar iki nəfərdi.

Deer:

– Ya Fatimə, mən sənin icazəvü almışam, sənin uşağı­vun icazəsini almamışam. Get, onun da icazəsini alaram, sa­bah gələrsən.

Fatimə ginə qayıdır, ginə gəlir, bu dəfə İmam Həsəni də gətirir. Ginə bı baxır görür yox, mən üçünün icazəsini alma­mışam.

Yenə də bunu qaytarır, gəlir. Səhər gəlirlər, bunnarın üçünü də bi yerdə qəbul eliyir. Deer ki, hə, gəl. Görür ki, ar­vad oturub, günün altında. O vaxtı yun əyirərdilər. Yun əyirir, bi dənə də çubuq qoyub yanına. Bi qab su qoyub yanına, beblə də çörək.

Deer:

– Ay arvad, sən niyə bu kölgəni qoyub bu günün altında oturubsan? Bu quru çörəy nədü, bi cam su nədi?

Deer:

– Sən bilmirsən, mənim ərim, çöldə, günün altındadır, gün başına döyür. Biy az quru çörəy götürüb bi qab da su. O çörəynən, o suynan axşamı eliyir, mənçin çörək qazanır. Qo­yun otarır. Mən kölgədə oturub, nani-xuruş yesəm, Allah mə­nə qənim olar. Ona görə də mən, belə eliyirəm.

Fatimə gəlir evə, deer:

– Ateyi-mehriban, ya ata, sən elə düz demişsənmiş. Cən­nətə birinci həmin arvad gedəcək.

Sübh namazının qəzası



Bi gün yenə Fatimə evdə tək imiş, atası evdə yoxdu. Qon­şu gəlib. Nə bilsin nə qonşudu, nə yolun quludu. Gəlib evə. Deeb ki:

– Mən sənin atovun yanına gəlmişəm, günah işdəd­mi­şəm.

Bilmeyib heç nə günahdu.

Deyib:

Atam evdə yoxdu, get, gələnnən sora gələrsən.

Bı arvad çıxıb gedib, bu qız bunun həyətdə olan bütün addım izlərini təmizdiyib ki, atam gəlib bunun günahkar ləpi­rinin üstünnən keçməsin. Peyğəmbər gəlib evə, deeb:

– Qızım, bu nədü həyəti belə qazıbsan?

Deeb:

– Ya ata, bi dənə günahkar qadın gəlmişdi, bilmədim nə günah eliyib, mən istəmədim sən onun günahkar ləpirrərinin üs­tiynən gedəsən. Mən elə bildim ki o, sübh namazını qəza verən arvad olubdu.

Günahların ən böyüyü, sübh namazın qəzaya verməkdi. Sübh namazı vaxtı nə istəsön, diləyün hasil olar. O vaxtı su da yatır, amma imamlarımız, bizi eşidir, yatmır. Hər nə dilək is­təsən, onnar onu eşidər.

Daim Allahı çağır



Biri də namaz qılmıyan olur. Bu, biriynən yol gedir. Gedillər bi yerdə. Birdən külək, şimşək, qar, çoğun başdıyır. Bu kişinin biri dığırranır. Ha Allahı çağırır, görür adə, bu yanımdakı heç nə demir, mən Allahı çağıra-çağıra getdim uçuruma. Nəisə, kişinin qol-qabırğası sınır. Bi qərinədən sora deer, dağ dağa rast gəlməz, insan insana rast gələr. Bu həmən adama rast gəlir. Deer:

– Sən o vaxtı nə Allahı, nə peyğəmbəri çağırdun, sağ-salamat çıxdun getdün. Mən orda çağıra-çağıra düşdüm, şül-küt oldum.

Deer:

– Sənin işün düşəndə Allahı çağırırsan, mən isə 9 ya­şınnan Allahnan danışıram. Allahnan, peyğəmbərnən danı­şı­ram. Odu ki, mənə heç nə olmadı. Sən düşdün, şül-küt oldun.

Bu da belə getməz



Bir kişi olub, camaat o vaxtı həyətində yox, çöldə əkin əkərdi. Biri buğda, biri çəltik, biri darı əkərdi. Bir qoca kişi me­şələrin qırağında bir xəlvətin yerdə darı əkir, bir hektara kimi. Oğluna deyir, mənim balam, bir get darıya bax, gör nə yerdədi vəziyyəti? Gəlir görür ki, İlahi zəmi dəniz kimi dalğa vu­rur burda. Darının da bitkisi, bir metrə hündürrüyündə olur. Belə də Maşalla əladı görünüş. Özü də bunun sünbülü var bu uzunnuğunda. Oğlan görür ki, adə, bizim ambar bu darını tutmiyacağ. Başılovlu qaçır evə, atasına deyir:

Ata, sən belə elə, bir ambar tik, o darı, bizim ambara yerləşməz.

Deer:

– Bala, o darıya belə getməz.

Bir həftə keçir, deyir ki, bala, bir get gör orda nətərdi abu-hava? Oğlan gəlir görür ki, İlahi, bir milyon sərçə daraşıb bu darıya. Başılovlu qaçır atasının yanına ki, ata, dayandır o ambarı, tikmə, bəs sərçələr darını batırdı.

Atasi deer:

  • Bala, o sərçələr üçün də belə getməz.

Beş-altı gün keçir atası deer:

– Hələ bala, bi get gör o sərçələr tamam aparıblarsa taxılı, heç olmasa, gedək küləşin yığağ gətirək.

Oğlan gəlir görür, adə, nə sərçə, burda bi dənə qırğı var, el alasında ona bəyi deyillər, sürətnən gedir vurur o başa, bu ba­şa bi dənə, sərçə qalmır. Hamısını bu tutub, ya Allah, boğub öldürüb.

Sevinə-sevinə gəlib deer:

– Dədə, daha Allah işimizi düzəltdi, orda bi dənə qırğı var, düçar olub bu sərçələrin canına. Sərçə-zad yoxdu da, hamısını qırıb.

Atası deer:

– Bala, o qırğı da belə getməz.

Iki günnən sora oğlan gedir görür ki, o qırğı da bərk ge­dir ee, sürətnən, 180-nən. Demək necə gedibsə, orda da çə­pər var imiş paya basdırıblar hamısı, üzdəri belə. Nətər ge­dib­sə sürətnən sinəsi keçib ora, elə orda da ölüb qalıb. Gəlir, deer:

– Ata, bəs belə də, o qırğı da ölüb qalıb orda.

Atası deer:

– Bala, sənə demədim ki, bu da belə getməz.

Ona görə də heç kim deməsin ki, mənim atım yorğa gedəcək.

Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin