Həə bi ləzgi gəlir, mollanın yanına ki, can qardaş, ala bı beş şirvanı, mənim atama bi yasin oxu. Kişi iki, üc dəyğə oxuyur, ayaqqabısını geyir, çıxır çölə paprız çəkməyə. Görür ki, bi dənə cip gəlir. Varrı adamın biri dayandı orda. Gördü yüz dollar verdi ona bi yasin oxutdurmağa. Bının özünə də marağlı olur ki, yəni yasinçün yüz dollar?! Gözzüyür, gözzüyür, ayə, bir saat, saat yarım, bu yasini qutarmır bu molla. Nəisə o molla qutarır yasini, maşın gedən kimi tez girir mollanın yanına. Deer:
– Ə kişi, mən səə beş sirvan verdim, iki kəlmə oxudun qurtardın, mən çıxdım çölə. Bi saat yarımdı onun atasına yasin oxuyursan.
Bı elə başa düşür ki, yasinnər fərqlidi. Da bilmir ki, yasin elə yasindi də.
Molla da baməzə olur, deer, adə, onun atası qanmır də. Ona görə saat yarımdı oxuyuram, gücnən başa salıram. Səən atan qanan kişidi də. İki kəlməynən başa saldım, çıxdı getdi.
Bı məclisdərdə molla adətən yasini oxuyannan sora deer:
– Allah sənin də ölülərinə rəhmət eləsin, məəm də.
Biri də bi gün yenə məclisdərin birində pılın verir yasini oxutdurur. Axırda molla deer:
– Allah səən də ölülərinə rəhmət eləsin, məəm də.
Bı hirsdənir. Çıxardır gənə pıl verir, deer:
– Bi dənə də yasin oxu.
Birin də oxuyur, ginə deer:
– Allah səən də ölülərinə rəhmət eləsin, məəm də.
Çıxardır gənə pıl verir, deer:
– Gələ oxu, ancağ, öz atavı mənim atamın dalına bağlama, məəm pılımnan öz ataa da rəhmət oxutma. Adə, bını mən oxutdururam mənimkinə oxu, özüvünkün nə soxursan ora.
Süleyman peyğəmbər
Yas məclisdərinin birində Molla Niftyə belə bir sual verdim:
– Süleyman peyğəmbərin neçə arvadı var?
Dedi:
– Sənnik döör.
Dedim:
– Niyə mənnik doöör?
Mən ali təhsilli məllim, sən orta məktəbi qutarıbsan. Bilmirsən səni başa salım, bilirsən sən məni başa sal.
Dedi:
– Yox, sən məni başa sal.
Dedim:
– Süleyman peyğəmbərin yeddi yüz dənə arvadı olub. Üc yüz dənə kənizi olub. O da kəbinnən. Elədi min dənə. Ay Nifti, indi təsəvvür elə bı min dənə arvadın hərəsinə bi dəfə sabahın xeyir eləsə, bı namaz qılmağçın nə vaxt tapacağ. Bə haçan namaz qıldı ki, bına peyğəmbər adı verdilər.
Yalançı molla
Üzeyir həm də davakardı axı. O da molladı, iyirmi ildi güya molladı. Oruc tutur, gedir snikersi yeyir tölədə, çıxır çölə. Snikers də güvvətdi şeydi axı, bi sutka saxlıyır adamı.
Hələ paprızı da gedir çəkir, çəkir, dörd dənə çəkib axı, da bəs eliyib də. Uzunqıçnan-zadnan gəlirdi məsçidə. Başında əmmamə, əlində təsbeh. Nəisə, sora da deyir bahh, bu nə formadı, yeyib məsçidə gəlibsiz siz. Mənə deyir.
Dedim:
– Əəə, o uzınqıçnan quşa gedəllər, balığa gedəllər. Allahın da evinə helə gələllər? Sənin dedim Allaha hörmətün yoxdu, çəkmeynən gəlmisən. Nətər çaşdısa, düz getdi.
Hə də, Allahın evinə araxçınnan gələllər.
1950-ci illərin söhbətidi. Qonşuda biri rəhmətə gedirmiş, yaxın adammış. Yığışıblar evlərinə ki, filankəs rəhmətə gedir. Allah göstərməsin, uzadıblar belənçiynə, qravatdaymış ancaq. Hə, deyillər ki, darıxma hər şey yaxşı olacey. Bu da danışa bilmir, elə zarıyırmış. Oturublar çay-zad. Deyillər ki, balam, səhərləri əfn-dəfn olannan sora nağayracuyuğ? Həyət də mal-qaraynan doluymuş. Nağayrağın?
Biri deyir:
– O ala cöngə var ha, onu kəsəyün.
O biri deyir:
– Yox, o azlığ eliyər, qırzmızını kəsəyün.
Bu da eşidir axı. Zarıyırmış yerində. Biri qayıdıb ki:
– Ə, kəs səsüvü, öl öldüyün yerdə. Sən bilməzsən.
Qonaq çağırır
Rəhməttiy Abbasəli dayı kimnənsə zarafatdaşırmış. Bu adam da gəlib Abbasəligilə. Evdə də rəhməttiy Asya xala varmış, deyir ki:
– Bəs Abbasəli dedi ki, qonağım gələcək, arvad plov bişirsin.
Arvad da gəlib tez iki dənə yaxşı toyuğ kəsib, plovunu, zadını bişirib.
Abbasəli dayı gəlib görüb, ədə, evdə plov bişir, evdə hazırlığ gedir. Deyir:
– Bu nədi, ay arvad?
Deyir ki:
– Bəs sən adam göndərib dedin sənin qonağın gələcəy?
Deyir:
– Nə qonağ, nə filan, mən qonağ, zad gözdəmirəm.
Sora görüb həmin anda bir dəstə adam gəlir ki, bəs bizi Abbasəli dayı qonağ çağırıb.
Gecə qonağı
Biri qonağ gedir. Getdiyi adam da kəndin ortasında olur. Bu da kəndin o başında olur. Hər gecə bu vaxtlar televizor yox, zad yox, işığ da lampa işığı olub. Hardasa bir 50-60 ilin söhbətidi. Gəlib, oturublar. Demə, bu qorxağ imiş. Gecə də o qədər çölə çıxan döyülmüş də. Görür ki, hava qaralır. Ev yiyəsi deyib ki, otur ötürərərm, otur ötürərərm. Demə, ev yiyəsi özü də qorxağ imiş. Saat 10 olub, 11 olub, bu evinə getməy istiyir. Gəlib ki, bunu ötürsün, sora deyib ki, axı mən özüm də qorxağam axı, bə məni kim ötürəcəy? Deyib, hə, onda gərək səni də mən ötürüm. Helə, helə bir də görüblər səhər açılıb.
Bir yerdə baxarıq
Televizir təzə çıxan vaxtı qonşu kənddən bir nəfər televizir alıb gətirib, bunun anası da yaşdı arvad imiş. Bu adam da təzə evlənmişmiş. Özü də çöl, bayır adamıymış. Televizirdə yaxşı kino verirmişdər. Açıblar, arvad deyib ki, yox, bala, televiziri söndürəyün, qoy oğlan gəlsin, bir yerdə baxağun. Söndürüllər, oğlan, gəl, gəl saxlamışuy bir yerdə baxağ. Açıblar görüblər ki, televizir xışıldıyır. Gecə saat 12 olub.
Dostları ilə paylaş: |