Masalli folkloru 2


Balaca bir yalan, nə boyda həngamə törətdi



Yüklə 2,37 Mb.
səhifə18/57
tarix06.03.2018
ölçüsü2,37 Mb.
#44425
1   ...   14   15   16   17   18   19   20   21   ...   57

Balaca bir yalan, nə boyda həngamə törətdi



Bu haqqesab da bizim öz ailəmizdə baş verib. Uşağlar o vaxtı gedərdilər aşağıda daş yığardılar. Bu da uşağları gözün­nən uzağa qoymazzı. Deyərdi ki, sizin puluuz mənə lazım de­yil. Özüm qazanıram, neynirəm sizi, gedib daş yığıb gətirir­süz. O böyük oğlan, həddən artığ nadinc idi. Nəisə, bu gəldi evə dedi, uşağlar hanı? Dedim, bilmirəm. Deyə bilmədim, daş yığmağa gediblər. Olar da o çay daşdarını yığıb satırdılar. 30 manata, 40 manata satırdılar.

Bi də gördüy 3 qardaş 3-u də gəlillər. Bu da pələddən çıxır uje az qalıb haaa. Nə deyəy, ataya nə düzəldəy ki, ata bi­zi döyməsin. Gəldi belə çatar-çatmaz , bu soruşdu hardasuz bu vaxta qədər, axşam olub uje. Dedilər, ata, elat bizi tut­muş­du. Bizdə də elatdar qoyunnarı gətirillər yaylağa. Elat köçə deyillər. Buna da deməy olar, bu sözü. Gəldi evə, 7 oğul istə­rəm kimi, hərə bir küçədən çıxdı yaba əlində, lom əlində, getdilər. Yalanın dərəcəsinə bax. Elat da olub 3-4 dəsdə. Uşağ nə desün, hansı dəstəni desün? Elşən bu elatdü, yox, o elatdu, yox. İşığlar sönüb, uje köç durur da, axşamdı. Biri qoyub xö­rəy bişirir özüyçün, lampa yandırıblar, çay dəmliyiblər.

Vurublar bizimkilər, oların xörəylərini aşırdıblar, lam­pa­larını sındırıblar, ara qarışıb. Bi dənə özünnən deyən da­yısı oğlannarı var idi, bular da eləmiyib tənbəlliy, götürüblər hərə bi dənə tüfəng. Atıblar elatdarın təkərrərin partdadıblar, dayi nə başuuzu ağradım, axırda gediblər yalannan deyiblər, ata bu elatdu. Onun altın çəkdilər də. Həmin oğlan öldi.

Bi də gördüm bılar qan içində gəldi.

  • Qorxmaz nə olub? Nə üçün belə elədiz?

Dedi:

– Elşən dedi ki, bizi elat aparırdı. Mənim uşağımı? Necə yəni aparırdı? Oları ölüsünə çırpduy, yeməylərin aşırtduy, pis günə qoyduy oları. Mənim bu hərəkətimi, bu da qınamadı. Dedi, hə, uşağı aparan adamın cəzası verilməlidu.

Bu söbət gedənnən sora uzun müdət – 15-20 ildən sora, bu söbət çıxdı ki, bu qurama söbətdi. Bunu da bi dənə dostu gəldi dedi ki, yaduzzadı, o vaxt Elşən sizə o boyda yalan da­nı­şıb. Pahhh, dedim, Qorxmaz, həmin oğlan elatın badına getdi. Deməg o dayımın oğlu bilirsüz neynədi? Biz çatduğ, mən danışıram, elatın sahibiynən. Deyirəm, sən nə cürətnən mə­nim uşağımı aparırdun? Olar da and içib biz eləməmişüy. Deyir, nə aparmağ, nə uşağ, hara? Deyirəm, sən indi məni do­lamağ istiyirsən? Mən danışıram bunnan, bu dayıoğlum da yolun aşağısında durub orda. Birdən gördüm, kimsə Brusli ki­mi kimsə qulağımın dibinnən atdandı. Göydə buna bi dənə tə­piy qoydu. Bu kişi yıxıldı, o biriləri qarışdı bir-birinə. Mən Al­lahnan heç nə eləmədim, qışqırıram, a bala, eləmiyün, vur­muyun, niyə onu vurursuz? Mən qaldım bunu deyə-deyə. Uje bizə xəbər gəldi ki, o biri elat bulara köməyə gəlir, tüfəngnən, yabeynən. Dedim, davay çıxun aradan. Buların qabların aşırt­dı­lar, yeməylərin tökdülər yerə. Hər yeri xaraba qoydular. Biz oturduğ maşına, gedəndə, bularnan üzbəüz gəldüy. Bular hə hü eliyənə qədər, biz keşdüy, bular maşının baqajınnan atdı­lar. Daldan dəydi. Bakın lap böyrünnən dəydi maşına. Bir az oyan buyan olseydi, dəyərdi maşının bakına, maşını partda­dar­dı.

Hə, indi görün bir balaca yalan nə boyda həngamə törət­di. Həyatdı da, hər şey olur.

Ə Musa, qorxmursan?



O vaxtı – elektrik olmıyan vaxtında bizim kişilər hər ge­cə gedərmişdər bir evə, payız gecələrində. Yığışarmışdar, no­xud qaynadarmışdar, nəbilim paxla qaynadarmışdar. Quru mey­və zad yeyərmişdər.

Burda da Kərbəlayı Zəhyara olub, olar mənim babamın evilə qonşu idilər. Onun da evi bu hündürrüydə pol idi. Ora da belə sürəyya vurmuşdu. Orda otururmuşdar kişilər, bu deer, mən qorxmaram, bu deer, mən qorxmaram. Rəhmətdik Zəhyəra deer ki, ə Musa qorxmirsan? Deer ki, yox biz qorx­muruğ. Deer, gala, ona ağajdan ucu iti paya düzəldillər. De­yil­lər, apar basdır bunu qəbristannığda filankəsin qəbri üstü­nə. Balteynən vur, səhər biz də gəlib cıxardariğ. Bular da ikisi gedillər. Bulardan biri oturur yerə ki, onu vursun də qəbirin böyrünə, oturanda demə əynində də şinel var imiş. Nətəri olursa şinelin bir ucu qalır payanın altında. Bu da vurur onun üstünə. Qarannığ olduğunnan bu görmür heş nəyi. Durub gə­lən­də, nə qədər eliyir, gedə bilmir. Elə bilir kimsə bunu tutub saxlıyıb. Elə orda da urəyi gedir. Nəisə, bax belə bir haqq-hesab gəlib buların başına.

Qanun adamı



Deyillər ki, Azərbaycanda qurulan ilk sovet dövləti Xır­mandalı bolşevik respublikasıdır. Deməli, bizdə dəniz yolu olduğuna görə adətən bolşeviklər qacağ yolnan bizim kəndin ərazisindən kecib üzü Lənkərana gedirmişdər. Deyillər ki, Stalin dəfələrnən ordan kecib. Hətta bir kağız da yazıb verib ki, ilk bolşeviklər məkanı bu kənd elə özü olmuşdur və bu öz təsirini 32 kənddə biruzə verib, birdən-birə ya rayspalkom, ya hansısa başçı Xırmandalıdan olub. 30-cu illərdə ilk başçı ra­yon icra komitəsi artek dövründə olub. Səmərrux arvadın atası bu tarixi qeyd eliyib.

Deer, bi gün Stalini tutubmuşdar, salıbmışdar Lənkəran­da həbsxanaya. Bizim kənddən də bir kişi olur bu türmədə, adı Məcid olur. Stalinin dostdarı onu qutarmağ üçün türmənin di­va­rının birini capıllar və Stalini qacırdıllar. Qaçanda Stalin deyir:

– A kişi, gəl gedək.

Kişi deyir:

– Yox, mən qanunu poza bilmərəm.

Səhər tezdən gözətcilər, türmə işçiləri gəlillər, qapını acıb görüllər ki, türmənin bir divarı yoxdu. Soruşullar ki:

– A kişi, bəs nə baş verib?

Deer:

– A bala, gəldilər çapdılar divarı, onu apardılar. Sən de­mə, bu kişi heç bilmirmiş ki, söhbət Stalinnən gedir.

Deellər:

– Bəs sən niyə burdasan?

Deer:

– Bala divarın 4-nü də uçurtsaydılar, mən elə burda da qalasıydim, mən qanun adamıyam.

Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin