Masalli folkloru 2



Yüklə 2,37 Mb.
səhifə27/57
tarix06.03.2018
ölçüsü2,37 Mb.
#44425
1   ...   23   24   25   26   27   28   29   30   ...   57

Şahın qiyməti



Bir ölkənin şahı olur. Vəziri çağırıb deeb ki, mənim qiy­mətimi tapun. Vəzir gəlib qalıb məətəl, arvad deeb, nə iş­di? Vəzir danışıb olanı. Deeb, get 40 gün möhlət al. Gedib 40 gün möhlət alıb. Atı minib, düşüb kətdərə. Gəlib, kəndə gi­rən­də görüb bi qız uşağı 8 yaşında durub. Deeb ki, qızım mənə bir az su. Deeb ata, düş yerə atdan. Düşüb, gəlib deeb atan harda­du? Deeb atam dava əkməyə gedib, bəs anon, deeb anam borc verməyə gedib. Deeb hə bu uşağda hikmət var. Bir­dən gorüb kişi əlində bel, arvad da əlində qab gəlir. So­ruş­du kişidən, de­yir, mən getmişdim bostan əkməyə. Biyazzan sora yetişə­cək, uşağ-muşağ gələcək yığmağa danışığ olacağ. Bı arvad da gedib kimsə dunyasını dəyişib ora ehsan aparıb, indi biz ölən­də də gətirəcəylər. Deeb, bəli, gəlün mən də siz­dərə dər­dimi deyim. Mən vəzirəm, şah məni göndərib ki, onun qiymətini öy­rənim. Qız deeb:

– Əmi, cörəgüü ye, o mənim əlimdə. Ta onnan hasan şey yoxdu.

Bəli, vəzir icazə alıb qızı götürüb gəlib. Qız deeb:

– Getginən 14 metrə ağ alginan, bi də sitir kafir al.

Ağ alıb, sitir kafir alıb gətirib, gətirənnən sora, deeb:

– Hə, tapdun?

Deeb:

– Hə tapdım.

Vəzirlə qız ağla sitir kafiri götürüb gəliblər saraya. Qız əyanları yığıb hamısını, şah oturub orda, qız gətirib, deeb, şah baba, sənin qiymətin budu. Şah bağlamanı açıb, açannan sora görüb kəfəni, sitir kafiri, deeb:

– Camaat, bilin və agah olun, ay mənim millətim. Bu dovlət, bı dünya, hamısı xalqındı, mənim döör.

Deeblər:

– Axı sənin bu qədər xəzinön var, filan.

Deeb:

– Xeyr, o xəzinə, dövlət mənim döör, xalqındı. Bu ölkə­nindi, fəqir-füqaranındı.

Əlindəki kəfəni, sitir kafiri göstərərək deeb:

– Bınnan da artıq mənim dövlətim yoxdu.

Müdrik qoca



Şah Abbas özi demək İsfahanda şah olub. O çağacan onun azərbaycanlı olduğunu heç kim bilməyib. Onda padşah­lığ İsfahanda olub, Tehrana sora gəlib. Necə bizdə Bərdə olub, sora gəlib Bakiya. Şah Abbas gəlib, onu heç kəs bilmiib. Ərdəbildəndi, azərbaycannıdı. öz də seyiddi. Bı dəssə adam gə­lib, bıların içində bi dənə qoca gəlib. Sah soruşub bunnan ki, qardaşdar barışdı ?

Deeb:

– Xeyr, qaldı qiyamata.

Deer:

– Məyər, məyər?

Deeb :

– Dəliyəm məgər?

Biy az da qalar bırda bı vəzir bının nə adın xəbər alar, nə kəndin xəbər alar, hes sad. Gedəndə dodağının altında mıqqıldar ki, Ərdəbilin eşşəyləri gəldi getdi. Şah Abbas eşidər bıni. Deyər, o qoca nə dedi ?

Deyər, bilmirəm.

Deer:

– Örgənməsön, boynuu vuracam.

Atın minəndə deyər :

– Özüynən qızıl götir, pul götür o, sənə havayı söz deməz o qoca.

Hey-hey gedər, çatar.

Deyər heyvan özünsən, bir həftədi sənin sarayudayam mən, məni nöş xəbər almiyibsən, kəndimi, özümü nöş xəbər almiyibsən? Deeb yaxşı, o şah sənnən soruşdu ki, qardaşdar?

Deeb:

– Üç yüz min tümən ver, deem.

İndi verim sora itəliyib salaram yerə alaram də. Fi­kirrəşir. Day demir ee qoca gör başıma nə oyun gətirəcək.

Bəli, alar deyər ki, olar Məğrib padşahınnan Məşrib pad­şahıdır. Hər 36 ildən bir gəlillər görüşməgə, görüşə bil­meel­lər qalır qiyamata.

Deer:

– Bə məyər, məyər?

Deer:

– Dəliyəm məyər?

O nədi?

Dedi:

– Altı yüz tümən ver deyim. Həmin pulu alar qoyar hey­bəsinə. Onnan sora deyər:

– Nəbadə, nəbadə kəlami ilahini ucuz satasan. Allahın kə­lamını sənnən soruşmamış özbaşua danışıb satmiyasan. Qoy sənnən soruşub issəsün, sora danışasan.

Deeb yaxşı, bı durduğumuz yer haradı, ba bıra aya­ğımızın altı?

Deer:

– Dünyanın ortasıdır, inanmeersan sana, ölç. Ölçə bilmi­yəcək ki.

Deeb, yaxşı ulduzzarın sayi nə ğadadı?

Deer:

– Eşşəgimin tükünün sayı qədər. Bını da saya bilmi­yə­cəy ki.

Deeb yaxşı:

– Allah haradadur?

Qoca bırda fənd işdədib.

Deeb:

– Şah, qibleyi aləm sağ olsun, Allahnan gərək uca yerdə danışasan, mərifətnən, qabiliyyətnən danışasan. Allahnan hər yerdə danışmaq olmaz. Məni mindir o ata, öz də heybəsi də o atın üstündədi.

Mindirər, indi heybəmi də bağla, bağliyər. Deyər o qır­mancı da ver mənə, verər. Ciloyu da alaratı sürər. Deyər, o Al­lah gör nə gözəl Allahdir ki, səni atdan salıb eşşəyə min­dirdi, məni eşşəydən endirdi qaldırdı ata. Kişi suyu süzülə-süzülə çıxıb gedir evə. Şah deyir hə, hələ o Ərdəbilin qocası idi, gör indi bıların cavanı adamın başına nə oyun gətirər. On­nan sora bildilər ki, şah Ərdəbildəndi.

Hadıynan Hudu

Qaravəlli



Biri var idi, biri yox idi. İki qardaş var idi. Birinin adı Ha­dı idi, o birinin adı Hudu. Hadiynan Hudu getdilər meşıyə oduna. Yannarında kor oğlu kotançı, zurnaçı Əbilqasım, bi də Bəndi. Yolu azdılar. Dağdan bılar bi dənə ceyran tutdular, kəs­mək istədilər. Dedi, Hadı, pıçağ var?

Dedi:

– Yox.

Dedi:

– Hudu, pıcağ var?

Dedi :

– Yox.

Dedi :

– Koroğlu kotançı, pıçağ var?

Dedi:

– Yox.

Dedi:

– Məndə bi dənə pıçağ var, tiyəsi var, kəsəni yoxdu.

Nəsə, ceyranın başın kəsdilər.

İndi bını bişirməy issədilər.

Dedi, Hadı, qazan var? Hudu, qazan var? Koroğlu ko­tan­çı, qazan var? Dedi valla Bəndidə bi dənə qazan var sağa­na­ğın üstü var altı yoxdu.

Ceyranı bişirdilər.

İndi issiyillər boşqabdan, zaddan gətirələr yeməyə mını. Dedi, Hadı, boşqab, Hudu, boşqab, Koroğlu kotançı, boşqab var, bəndi boşqab var, Əbilqasım boşqab. Dedi, valla, boşqab var hamısının dört bi tərəfi var, ortası yoxdu. Belə, belə, plo da yedilıər.

Yeyənnən sora dediliər, Hadı, hara gedəy? Hudu, hara ge­dəy? Koroğlu kotançı, hara, zurnaçı? Bəndi. Dedilər, ağzı­mız hayana, dağlar da o yana, çıxağ gedəy. Çıxdılar getdilər dağ­lara.

Bunu nənəm bizə danışardı. 16 qarın uşağ doğub. Oların hamısına bax belə nağıl danışa-danışa yatızzırardı.


Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin