Masalli folkloru 2



Yüklə 2,37 Mb.
səhifə29/57
tarix06.03.2018
ölçüsü2,37 Mb.
#44425
1   ...   25   26   27   28   29   30   31   32   ...   57

Şah Abbasın nağılı



Şah Abbasın bağı olur. Şah Abbas nökəri ilə gedir bağa. Orda bağban qoca olur, öyladı yoxuymuş. Şah Abbas gedir köhnə paltarnan, gedir bir nökəriynən başqa kəndə gəzməyə. Hansı qapıya gedir, bunu qonağ saxlamırlar. Bir qapıya yana­şır, çıxır arvad qırağa, deyir:

– Ay bacı, bizi bu gecə qonağ saxla.

Deyir:

– Allaha da qurban olum, qonağına da, gəlin.

Bunnan qabağda naxırçıya süd verərmişlər, fətir verər­mi­şlər. Gedir kişinin qabağına deyir:

– Ələsgər əmi, qonağımız gəlib.

Deyir:

– Get, gəlləm.

Kişi gəlir Şah Abbas bir tərəfdə, nökər bi tərəfdə.

Tezdən duranda görürlər, içəridən bir hündür adam çıxdı.

Deyir:

– Kimsən?

Deyir:

– Mən gəlmişəm Şah Abbasın qızın bunun atasının, oğ­lu­nun adına yazmışam. Talehində yazım.

Şah Abbasa deyir:

– Əh gedərəm çıxaram, pozaram indi mən.

Şah Abbas gedir çıxır taxta. Çağırtdırır uşağı, gətizdirir uşağı. Nökər deyir:

– Öldürmə, ver mənə, aparım meşədə başın kəsim, gə­tirim.

Gətirir meşədə barmağın kəsir uşağın, bağlıyır qoyur ağacın oyuğuna.

Bu gedəndən sonra Allah tərəfindən döşü süddü ceyran uşağı əmizdirir. Qoca bağban da gəlir gəzir bilmir, görmür. Ayılır görür hə, bir dənə bağda ceyran bir uşağı əmizdirir, nə­sə nişan alır, ceyran qaçır. Gəlir görür gözəl-göyçək oğlan uşa­ğı, aparır evə. Aparır nağada saxlıyır bilmirəm, uşağ on beş yaşına gələndə Şah Abbas nökəriynən gəlir bağa. Görür bi də­nə cavan oğlan. Salam verir. Qoca bağban bunu qonağ eli­yir evinə. Gəlirlər əvə nökər deyir şaha, bilirsən həmin oğlan­dı, mən barmağın kəsmişdim.

Deyir:

– Bu saat mən onu göndərrəm, boynun vurdurram.

Deyir:

– Vurdura bilmərsən.

Yazır namə, verir oğlana deer:

– Apar bunu ver mənim yerimdə oturan sərkərdiyə.

Minir ata aparır, gedəndə görür çöldə Şah Abbasın çər­hözü var, bu orda atı qovland edir, uzanır çərhözün başın­da. Qız da qırx incə qıznan çölə çıxıbmış. Gəlir görür oğlanı, cibində atanın möhürü, peçatı, çatan saat bunun boynun vu­run. Götürür onu cırır atır. Özü yazır peçatdıyır qoyur cibinə. Oğlan durur gedir, qız da gedir.

Gəlir hamı baxır at Şah Abbasındı, ancağ Şah Abbas dəyil. Çığartır kağızı verir, deyir:

– Vallah, mənim savadım yoxdu.

Deyir:

– Hə?

Baxırlar bir-birinə, vəzir buna, bu buna. Toy eliyirlər, qızı köçürdürlər. Beş gün, üç gün, on gün, deyir:

– Həə, indi getmək lazımdı. Olar tərpənirlər, minirlər ata, gələndə, qız da çıxıbmış oğlanla deyir:

Şah sağ olsun, görürsən, o yeznəndi, o da qızındı.

Deyir:

– Düşən saat boynun vuracam.

Düşür atdan, ancağ bu dəfə şah tacın götürür qoyur oğ­lanın başına.

Deyir:

– Qələmnən yazılan, paltaynan pozulmaz! Bu gündən mə­nim yerimdə şahsan.

Vərdiş eliyən əl işindən qalmaz (1)



Bir gun bi padşahın qolunnan yara çıxır. Nə qədər eli­yillər həkimlər, əlac olmur. Deyillər axır bı kəsilməlidi. Ol­ma­sa, yoxsa bu yara yuxarıya qədər qalxacağ. Biləhdən bir az aşağıya kəsillər. Padşah da vəziri çağırır, deyir ki, bəs mən padşaham axı, bu ayıbnan mən necə olum? Bəs sən mənə tə­ci­li bi dənə qol tap. Nə qədərdisə, verək, amma mənim qolum yerində olsun. Mən camaatın qabağına çıxıram axı. Bələ ol­maz, qolsuz padşah. Vəzir çıxır ora, bıra, görür əə, heç kəs qo­lun vermək istəmir. Nə qədər, məsələn, ağırrığı qədər qızıl veririk, heç kəs razılaşmır. Birdən görür bi nəfər boynun bü­küb tində dayanıb, indi kimisə gözdüyür, nədi. Yaxınnaşır bına. Deyir:

– Qardaş, nə işnən məşğulsan?

Deyir:

– Heç, elə-belə dayanmışam burda.

Deyir:

– Baxıram ki, kasıb adama oxşuyursan. Pula ehtiyacın var?

Deyir:

– Hə, niyə yoxdu ki.

Deyir:

– Məsələn, qoluvu biləhdən aşağı verərsən, onu tərəziyə qoyacıyıx, ağırrığı qədər qızıl verəciyik.

Deyir:

– Hə, niyə vermirəm ki.

Aparıllar bının sağ əlin kəsillər, tərəziyə qoyullar, nə qə­dər gəlirsə, o qədər qızılı verillər, bı da çıxır gedir. Gətiril­lər padşahın qoluna tikillər, padşahın əli olur normal. Aradan bir az keçir, padşah deyir ki, vəzir, mən çox sıxılıram, bi çıxağ gəzək. Çıxıllar, gəzillər. Görüllər əə, gözəl bir yeməkxana. De­yir ki, vəzir mən heç bırda olmamışam. Gəlsənə burda bir ye­mək yeyək. Oturullar yemək yeyəndə, divarda gözəl bi də­nə şamdan var imiş. Çölə çıxanda bı padşah əlin atir şamdanı qoyur qoltuğunun altına, vəzir görür bunu. Amma üzə vur­mur. Heç bi şey demir. Bi müddət keçənnən sora şah deyir:

– Vəzir, yenə sıxılıram, gəlsənə yenə bir çıxağ gəzintiyə.

Çıxıllar, gəzillər, ora, bıra, olur axşam. Geri qayıdanda görüllər bi gözəl imarətdi. Evin qapısın döyüllər. Qonağ saxlıyarsüz? Deyillər:

– Hə niyə saxlamırığ, qonağa da qurban, Allaha da.

Gətirillər bunu evə qonax, yeyillər, içillər, görüllər ki, gə­lən qablar, qaşıxlar hamısı gümüş. Qabların qıraxları qızıl suyunnan çəkilmiş. Elə sağ ol, sağ ol. Səhərə yaxın bılar qalx­mağ istiyəndə, padşah əlin atır, üc, dörd dənə qaşıxdan tez götürür. Bunu vəzir görür. Dözə bilmir, deyir:

– Şah sağ olsun, bi şey deyəcəm.

Deyir:

– Vəzir, de.

Deyir:

– Valla, qorxuram qəzəbin tuta.

Deyir:

– Yo, qorxma, de.

Deyir:

– Padşahım, bir vaxt çıxdığ, şamdanı oğurradın. İndi də çıxdığ, gümüş qaşığı oğrradın. Bunun axı qiyməti nə olacağ. Sənin xəzinəndə bi ovuc qızıl, bu oğurradıdığın şeyin hamısın edər. Halbuki, sənin xəzinəndə milyon ovuc qızıl var. Bi də sən padşah, axı bu sənə yaraşmaz da.

Deyir:

– Ay vəzir, valla, bu dərd məni götürmüşdü, mən də sə­nə bunu danışmağ istiyirdim. Utanırdım. Amma valla, heç özüm də bilmirəm nətəri şeydi bu. Elə belə çıxanda gözüm sa­taşan kimi, əllərim qeyri-ixtiyari gedir o şeyləri götürməyə. Özu­mnən asılı deyil də. Burda nəsə bir hikmət var. Vəzir deyir:

– Düzdür, indiyə qədər belə bir şey olmamışdı.

Vəzir həmən çıxır, axtarır həmin adamı, görür yenə qolu kəsik durub elə o küncdə.

Deer:

– Ay qardaş, sən məni tanıdın?

Deer:

– Hə, tanıdım.

Deer:

– Yadındadı, qoluvu kəsib ağırrığında da pul verdik? Neynədin o pulları?

Deer:

– Heç nə, qumara-mumara verdim, getdi.

Vəzir deer:

– Sənə yenə pul verəcəm, amma mənə deməlisən ki, sən əv­vəllər nə işnən məşqul olmusan? Hansı sənətin sahibi ol­musan?

Deer:

– Heç nə, elə belə küjdə dururdum, gələn-gedənin hər­dən cibinə girirdim. Ya biri yanımda dayananda onun cibinə girirdim. Əlqərəz oğurruxnan məşqul idim.

Vəzir deyir həəə, məlumdur. Demək bu o deməkdir ki, vərdiş eliyən əl işinnən qalmaz. İstər padşah olsun belə. Oğru əli ki, sənə yamağ oldu, yenə də oğurruğ eliyəcəysən.


Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin