Yadigar Şəmmədov, doğum tarixi 1958, təhsili ali, Hüseynhacılı
Şəmsəddin Şəmmədov, doğum tarixi 1948, təhsili ali, Hüseynhacılı
Nəcməddin Quliyev, doğum tarixi 1958, təhsili ali
Nurmməməd Ağayev, doğum tarixi 1957, təhsili ali, Boradigah kəndi
Fatma (Pərzad) Tağıyeva, doğum tarixi 1938, təhsili 7-illik, Gəyəçöl kəndi
Rəfayıl Vahabov, doğum tarixi 1944, təhsili ali, Göylənni kəndi
Toplayıcılar:
Füzuli Bayat
Vüsalə Kərimova
Qurban Əliyev
2. DOĞUM ADƏTLƏRİ
Mən siftə gəlin idim. On altı yaşım var idi, ya on beş yaşım. Bir dənə də lağlağaçı qaynım var idi. Mən də yeriyliyirdim. Dedi ki, gəlin yeriyliyir. Getdi bir dənə yekə ciyər aldı gəldi. Qaynanam da evdə qalmaz idi: ya Lənkəranda, ya Boradiyədə. Gəzirdi də. Gətirdilər ciyəri qoydular. Mən ciyəri necə bişirim, necə doğruyum. Nəyisə... Doğradığ, bişirdik, yedik. Adam var qum yeyir, adam var quru çay yeyir. Məsələn, qızılgül yeyəndə uşağın üzündə qzılgül kimi ləkələr olur. * * *
Üç dənə uşağım var. Bi dənə də qonşunun uşağı var idi, onun uşağı körpə idi. Onu da deyirlər ki, bu gəlinin ayağı poxludu. O deyir gəldi mənim üstümə. O vaxt mənim də uşağım olmuşdu. Hə, o gəldi. O günnəri mama ona dedi ki, sən həmzatdısan o uşağların üstünə niyə gəlmisən? Deyir, uşağ qalmadı. Çığırdı, çığırdı öldü. Bu səfər deyir, getdim molla yanına, deyir, dedi ki, sənin uşağların öləcək. Onun üç dənə uşağı olacaq öləcək. Helə elə də oldu. Həmzaddı arvadın yeni doğan arvadın üstünə gəlməsi pis şeydi. * * *
Hamiləlikdə yerikdən bilinir, oğlan olacağ, ya qız olacağ. Görürsən ki, oğlan tayfası olanda ya baliğ istiyirsən, ya da ət, ama qız tayfası olanda belə nəədəm-nəədəm şeylər istiyirsən. Məsəlçün, qızılgül, nə bilim bi baş soğan, papiros. Onda bilirsən ki, bu qızdı. * * *
Biz o vaxt yerikliyəndə adam var idi ki, lampanın piltəsini çəkib onu soorardı. Gəlin var idi, daim paprız çəkərdi. Bizdə biri vardı, özu də ərinnən qorxardı, daim yığdırardı yol uzunu atılan kötügləri. Yığardı onu bi qismini çeyniyərdi udardı, qalanını ceyniyərdi tökərdi yerə. O gəlin 12 uşağ doğub. Hamısında da eyni, paparıza yerikliyib.
Yeriknən bağli bi sey danışım.
Bi gün biri yerikliyir. Ərinə deyir ki, get bazardan mənə mal qarnı al gətir. Ər öz özünə deyir, başı çatmır e, bu nədi mal qarnı. Mal qarnı yox, gedib ət alacam. Hə, 2 kilo mal əti alır, gətirir evə. Qırğın düşür evə. Arvad deyir, mən mal qarnı istəmişdim, bu nədi mal əti almısan. Ər deyir, kül başuva gərək elə o iylənmişi yeyəsən? Ye də təmiz ətdi. Hə yerik belə şeydi, gərək ürəyin istədiyini yiyəsən. * * *
Yerigləmədə nə istədün gərək yeyəsən, yoxsa uşağun həmən o şeydən bikef olır, əyri olır. Gərək gözün qalmasın. * * *
Bi gün biri ata minir, gedəndə bi dənə nar giləsi düşür yerə. Arvad da atın tərgindeymiş, deyr:
– Kişi, atı saxla düşürəm.
Kişi deyir:
– Nə üçün düşürsən?
Arvad yerigliyirmiş. Deyir:
– O narı yemək istiyirəm, o bi giləni.
Kişi bını bilmir deyir:
– Kopoyoğlunun qızı, sən belə olürdün, bı narın giləsin götürməyçün, tamahlı?
Çevrilib arvadını vurur. O nar giləsi gedər onun ağzınnan, həmən daxildəki uşağın ağzında qalır.
Yerig 40 gün olur. İssədigüü yedün, yedün. Yemədünsə, elə gözün onu axtarır. * * *
Elə mən özüm cadunun ağırrığını çəkmişəm. Belə ki, 14 uşağ dünyaya gətirmişəm, onun dördi bir-birinin üzini görmiyib, gedib dünyadan. Onnan sora uşağlardan onu qaldı. Allah ottarını gössərməsin. Hə, deməg biri 5 aylığ qarnımdaydı, bax bunnarin, bu uşaxların atasını deyirəm, bi dənə də Yədullam onnan ölüb. İki oğlan deməy bir-birinin üzünü görmiyib oğlannarım.
Deməy, siftə nübar vaxtında qarnımda uşax olanda doğmuşam, atam evində olub o, bilməmişəm, düşmişəm həyətə. Hə, düşəndə deməy satqın it gəlib məəm üstümə. Satqın it də o deməydi ki, yəni dua satılıb oa, itə. Elə bil qancığ it də. Hə, o da gəlib məəm üstümə. Mən də bilməmişəm gedib girmişəm uşağın yanına. Hə, onnan da məəm oğlannarım qalmırdı. Qız qalırdı, qız tayfası, oğlannar qalmırdı. Hə, sora doğurdan məəm qaynatam özü, Allah rəhmət eləsin, böyüy mollaydı. De, bu da onun oğludu. Heç olmasa tasa qoyurdu camaatı, onnan bilirdi, öyrənirdi, onnan yazırdı oları həmzadı sağaldırdı, dəliləri ağıllandırırdı. Hər şeyi tasda görürdü. Tasa qoyurdu, yəni ki, uşağ var, adam var ki, onun gözünə görükə bilir cinnər, ancaq cinnəri hər adam görə bilməz.
Hə, adam var görükməz bildün? Oyı otuzzırırdılar, şey atırdılar, yaylıx atırdılar başına, onun duası var kitabda. Suyu tökür ora tasa, tasda da cam qoyur. Ooun duasın bı oxudığca, ona deyir ki, sən o suya baxginan. Həmin oturan adama sən suya bax deyir, gör kim gəlir ora, onnan sorasına ona deyir ki, qadındı gələn, ya kişidi? Onnan xəbər alginən, denən ki, filankəsin dərdi nədi? Onu məcbur xəbər al onnan denən ağam məni incidir, tez ol mənə söyləginən. Hə, bı da bırdan oxuyurdu. Olar gəlirdi, yığılırdı, onnan xəbər alırdı onun dərdini. Olar da deyirdi bidi, bidi, bidi dərdi. Başdıyırdı kişi duasını yazırdı, o da sağalırdı. Mən də uşağlarım qalmadığına görə qaynatam da mənə də orda baxdı, nəysə tapa bilmədi məəm dərdimi, duamı da yazmadı. Sora günnərin bi günində mən yenə boyluydum. Doğurdan biri də qucağımdaydı. Təzə olmuşdu.
Yatdim yuxuda süb vaxtıydı, (yadunda saxla süb namazı həməşə doğru deer. Yalan demir.) hə, gördüm məən yuxuma giriblər. Qayıtdı bi dənə arvad qara çarşolu arvad mənə dedi ki, sən get ağaya deginən sənin duon pərilər kitabındadı. Açsın o kitabı, orda görəcək. Hə, durdum ayağa, ayıldım gördüm sübdü. Mən yuxu görürəm. Həə, durdum ayağa işimi-gücimi gördim, uşaxları rahatdadım, onnan birin də göttüm qucağıma gettim. Qaynənəm də adı Numraydı. Dedi ki, Gülcahan, uşağları apar o tərəfə, ağa yatıb, sənin işivə baxır, səən işivi tapa bilmiyib, axır dedi Numra, yatıram, biyaz yatım durum, yenə baxacam. Mən də uşaxları götdüm getdim ağac altına gəzdim, toolandım, onnan ağa durdi əyağa. Həə, durdi əyağa gördüm o tərəfdə dəsdəmaz alır. Dəsdəmaz aldı otırdı kitaba baxdı, gəldim salam verdim, dedim ağa, dedi ki, Gülcahan səən işün məəm başımı ağardıb. Məən qabağımnan qaçan olmamışdı, ancağ mən mına dolaşmışam, özü mənə dedi.
Dedim, ağa, acığun gəlməseydi bi dənə söz deərdim sənə. Dedi, deynən, ikisin de. Dedim, süb vaxtıydı, yatmışdım. Belənçi-belənçi də bəs məəm yuxuma girdilər. Belə dedilər mənə. Dedilər, açsın kişi pərilər kitabını, ordadı səən dərdün. Getdi kişi aşdı, otdı, baxdı, dedi düz deeeblər səə (pərilər kitabı, yəni əsl pərilər də, cinnər, şiətinnər olardan zəfər toxunur sənə, onun ayrı kitabı varıydı, o baxan kitablar ayrı olur, pərilər kitabı da ayrı). Mən də gicəlmişdim tapa bilmirdim, sən yaxşı gəlmisən, gəldün mənə başa saldun. Dedün belənçi, dedim ağa, bu cürnə yuxuda gördüm, ona görə gəldim. Dedim, gedim deem. Dedi, lap yaxşı eləmisən. Otdı, məçin baxdı. Yazdı. Dedi, o itə dua veriblər, it də qancığ it olub, o gəlib sənin azad olanda üstüə. O it satıb sənə bı duanı, ancağ o adam da, həmin molla da eliib o adamçün ki, başqa adamçün düz eləmiib. Gərəy düz eliyeydi ki, o it getmiyeydi başqa adam üsdünə. O it özü öleydi onnan da gedeydi. Başqasına satmiyeydi, indi o bilmiib orda səf eliyib ki, başqasının üsdünə gedib gətirib satıb sənə. İndi mən mını tapdım tappağına eliyəcəm düzələcəy, olacaylarda.
Həə, uşaxçın nə dualar var yazdı, boynuna boğazına qoluna saldım ki, mını ota da atsalar, onsuzda ki, olardan yandırmısan sən. Onu ota da ata biləllər, suya da ata biləllər, onı tələf eliyəllər. Mən bıları ooçün yazıram ki, əsas oa bişey eleməsinnər. Onnan sora sənçin baxacıyam, yazacıyam. Sən yeddi qapıdan sol cinağ üssündə un yığginən gətir unu Numraynan xəmir eliyib təndirə çörəy bişirəndə sən də onnan ayrıca bişirginən, yapgınan ora. Həə, durdum səər-səər, uşağı da götdüm getdim bı tərəf üssunə qonşulara ki, bəs belənçi yolçuluğ eliyirəm. Məə un verin. Dedilər, bala, kiseynən verərüy sənə unı, dedim, yo, hərözzən bi ouc alaciyam, isdəmirəm çox. Təki sənin balalarun qalsın. Bırda da şirin su quyusu vardı. Bizim kişi də apressən təzə gəlmişdi. Dedim, suyum yoxdu, dedi, onda ged suya, tez gəl. Uşağı da qoy mənim yanımda.
Dedim, uşağ yeriyir, çıxar yola ev yolüsdüdü, sorası nəcür olar? Qoy sarıyım dalıma gedim. Nəkkədə elədi, dedim yox, sarıyıb dalıma gedirəm. Nəsə, sarıdım dalıma getdim. Getdim quyuya çatdım. Yanımda da bi dənə qız durmuşdu. Elə vedrəni çəkmişdim ki, yarıya qədər, məni elə bil qıçımnan qalxızdılar, tulladılar quyuya. Uşax da kürəyimdə. Qaldım dedim məni bəlkə su qalxızacay da, bəlkə bi yol tapam mən. Gördüm yanımdakı qız qışqırdı. Ay camahat adam düşdü quyuya. Həəə, gəldilər yığıldılar belə, yenə də Allah mənə kömək oldu. Yenə su ikinci dəfə qalxızanda dedim ayağımı atım lüləni tapım bi ayağımı salaram, bi ayağımı ataram quyuya təkan verərəm, çıxaram. Elənçiynən su qalxızdı məni. Elə helə də elədim. Nəsə əllərimnən təkan verdim çıxdım. Səs düşdü ora-bıra.
Bizim kişi də çıxar yola ki, elə bılar bizim uşaxlar olacağ. Axı indi getdilər suya. Həə, xəbər alıb bı qaçannardan ki, ay bala, bu adam deer düşüb quyuya, kimdi bilmirsüz? Deyir, yo, bilmirük. Bidə gördüm ki, gəlib quyu başına. Gəldi gördü ki, uje nərtifan sallıyıblar məni çıxardıllar. Götürdüm uşağı aşdım belimnən, verdim bılara. Gətdilər. Həə, xəbər getdi ki, qaynatama gəlnin düşüb quyuya. Bi oonçin baxginən kişi deeb gəlin özü düşmiib, onu atan atıb, çıxardan da çıxardıb. Həə, mən görmüşəm bax bıları bala. Molla, əməl var, ya yoxdu. Həə, yenə gecə yatdım yuxuda gördüm giriblər yuxuma. Deer, səni quyuya atan biz olduy, dedüy ölərsən uşax qarışıx, ancağ diri çıxdun. Yuxuda bını məə cinnər deer. Ele bizim kimi adamlardılar ee olar da. Belə qəşəy əməlli başdi ee, ancağ baş göz açığ, məsəl əmcəylər tökülüb bıra belə, məsələn, mənə göstərərdilər guyə evdiyəm, məsələn, pişiyi gösdərərdilər mənə ki, çıx qırağa səni biz aparay. Həə, mən danışardım da ağaya ki, bax, ağa, belənçi-belənçi mənə narahatlığ verillər, müsibət çəkdirillər olar. Belənçi də, qızım. Azad oldum şükür Allaha. Balalarım da bir-birinin üzünü gördülər. * * *
Uşaxlarım diş çıxardanda diş aşı bişirmişəm mən hamısıyçın. Turşulu aş da bişirmişəm. Diş aşının dən-dününü alıram, boranısını, heyvasını, issodunu, giləmərzəsini hər bi şeyini alıram, hazırreyıram, onnan dən-dününü də noxud, mərci, yarmanın valası, düyü tökürəm, yaxşı şirni atıram, gilə turşu da atıram. Bi də ona rub qayırıruğ. Biz rub palçıx rubu düzəldirüg. Həə, onu da qarışdırıram tökürəm onun içinə, biyaz issod, biyaz sarıkök atıram, biyaz da cəfəri doğreram. Bına bizdə diş aşı dellər. Həə, hədik başqa şeydi, bu ayrı. Bının adı turşulu aşdı. Adətə görə, uşağ diş çıxardanda turşulu aş bişməlidi. Dişin yeri bunu bişirirsən. * * *
Zahı qadın qarnını, belini mütləq bağlamalıydı. 40 gün uşağın, zahının qəbr qapısı açığ olar. Gərək 40 gün zahı özünü, uşağı qorusun, hər şeydən qoruyasan özünü gərək. Uşağı da ki, 10 günündə çimizdirib qüsulunu verməlisən. Uşax təmiz, pakizə olur onda. Yeni doğan qadına zahı deyillər. Uşağa nüfuz qüsulu verilir. Əvvəl başqa-başqa qüsul verilir, sora axırda nüfuz qüsulu verilir. Nə bilim belə deyillər, nüfuz qüsulu. Nüfuz qüsulun tökəndə deyirəm, vacib qürbətən iləllah. Zahıya da verilir o qüsul, uşağa da. 10 günün tamamında ana da çimir, uşağ da. * * *
Körpə doğulurdu, 10 gün sora çimizdirirdilər. Başqa adam-zad da gəlməyə qoymursan da məsəl. Adam var xayınnığcan gəlir, özü ilə də dua gətirir. Uşağın yanında dualı adam olmaz. Həmzad satallar. Həmzad duaya deyillər. Həmzaddidi, bu dua gətirib deyillər. Bi də el arasında toxunublar deyillər. Yəni ki, hamilə zamanında, zahı zamanında şiş qoyullar başının altına, çörək də qoyullar. Özü də gərək öz yanında yatızzırasan, qoymuyasan zahı tək qala. Gəlib elə bil ki, çağırıllar qulağına səda gəlir elə bil. Özü eşidir ancağ, başqası eşidməz. Səs gələr o da qorxar onnan. Ona görə də on gün yanunda saxlıyırsan. Sora aparıb qüsulun verirsən, gətirirsən. Uşağın çiləsi çıxır, sora yuyundurursan, zənəni də uşağı da yuyundurursan. Mölud qüsulu verillər uşağa 40 günündə. 40 günündə uşağın suyu başınnan töküllər. Deyillər, mölud qüsulu verirəm, vacib qürbətən iləllah. Onnan sağ cinahınnan töküllər suyu, sol cinahınnan töküllər suyu üç dəfə. Olur tər-təmiz. Göbəkdüşmə Elə ki uşağ güc eliyirdi, şələ götürürdü, başdıyırdı ağrımağa, onda bilirsən ki, göbəyi düşüb. Görürsən ki, sanci doğrayır aparillar göbəkçəkənin yanına. Göbəkçəkən də barmağını salır, ağır-ağır bırır-bırır, görürsən göbək atır, biyaz da bırannan sora bi dənə balaca kartofdan, soğannan qoyursan ora, möhkəm bağlayırsan. 2, 3, 5 saatdan sora gorürsən göbək düşdü yerinə. Hə, deyirsən, bala, 2 saatdan sora çay iç, çörək ye. Sora aç. * * *
Hamiləlikdə 40 gün deyərdilər ki, doğan qadının qəbri acıq olur. Bu 40 günü onu evdə bəsdiyirdilər, uşağı da bi yerə getdi, qırxlıyaruğ. Biri dualı gəlib həyətə girəndə də tez üstünə tor atarduğ, tənzif atarduğ. Ələyi gətirib su çiliyərdük, qırxlıyarduğ uşağı da, qadını da.