Bir dəfə də bir padşahın quzğun quşu var imiş. O bir gün gedir ova. Səhradı da, indi bu padşah su istiyir. Yoxdu su. Nə qədər ora, bura, su tapmır. Susuzduğ bunu əldən salır. Axtaranda görür ki, bir dənə uzağda qaya görünür. Gəlir o qayanın yanına, ordan damcı damcı su tökülür. Padşah sumkasınnan bir dənə kruşka çıxardır, tutur suyun altına. Birtəhər neçə saata suyu doldurur. Bunu elə qaldırır ki, içsin, o yannan bunun o quzğunu ucub gəlir vurur suyu dağıdır. Padşah əsəbləşir ki bu niyə belə elədi? Mən susuzluğdan ölürəm burda, bir saata gücnən su doldurmuşam, bu da dağıdır. Lənət şeytana deyir, ikinci dəfə yenə doldurur ki, içsin yenə quzğun gəlir, vurur dağıdır suyu. Üçüncü dəfə yenə belə eliyəndə, padşah tutur quşun başını, üzür atır.
Sora oturur deyir, öz-özünə ki, burda nəsə bir hikmət var. Durur çıxır bu su gələn qayanın başına. Həəə, görür ki, bir dənə əfi ilan ölüb burda, gün dəyib ona, onun yağıdı əriyib tökülən. Onu içsəymiş, ölərmiş. Sora nə qədər baş-gözünə vurur ki, mən niyə öldürdüm quzğunumu. Gör o mənim həyatımı qurtarmışdı.
Rüsvayçılığı önləmə
Bi dənə şah olur. Şahın bi dənə ahi-iman qızı olur. O qıza yuxuda deyillər ki, fılan gün sənin başıva böyük hadisə gələcək, rüsvay olacağsan.
– Hara gedirəm, mən bir iləcən gəldim, gəldim, gəlmədim dayi məni axtarmiyəsuz. Bil ki, ölmüşəm.
Atası deyir:
– Sənə qoşun verim, sənə dəstə verim.
Deyir:
– Yox, mən tək gedirəm.
Odu ki, bir az qızıl-mızıl götürür, gəlir meşə içi, çox yerlər gəzir, gəzir, gəlir məsəlçün, gəlir çıxır Borədigəyə. Gəlir çıxır, axşamçağıdı, hara gedim, hara getmiyim. Gedir qalır bi dənə qızıl mağazasının qabağında. Bu qızıla çox baxır, az baxır, özünün varıdı. Bu qızılçı kişi də, baxır ki, bu gəlindi, qızdı, bu çağda burda niyə qalıb. Bu kişinin də evladi yoxdi. Deyir:
Arvad sevinir, qucaqliyir, öpür. Daha bu demir mən şah qızıyam.
Arvad görür bu ədəbli, tərbiyəli, bunun üz-gözünnən nur tökülür. Götürür evə buni.
Günlərin bir güni bu arvad girir hamama, çimməyə. Girir, çiməndə, bazubənd deyəllər, boyuna salınan. Onu çıxardır qoyur pencərə ağzında. Onlar da bi dənə tutuquşu saxlıyırlarmış. Bu quş gəlib bu bazubəndi alir caynağına, götürüb aparıb salır yuvasına. Necə olursa arvad hamamınnan gəlir. Deyir:
– Yoox, sən kimsən, sənin əslün bilinmir, nəslün bilinmir. Boyunbağıni sən oğramısan.
Qız özün öldürür, deyir yox, sən bunu oğramısan. Hardan tapırsan, tap. Orda da adət imiş ki, kim oğurluq elədi onu daş-qalaq eliyillərmş. Bu qızı götürüb mindirillər eşşəyə, üzün çövürüllər eşşəyin dal tərəfinə. Başı qalır belə. Bi dənə əlnə mis qab verillər, bi dənə də daş. Deyillər:
– Vur ona.
Vuranda bütün şəhər çıxır qırağa, diyillər ki, hə, bu gələn nəsə oğrudu. Camaat hamsı çıxır. Diyillər:
– Bu kimdi?
Ev yiyəsi diyir ki, bu ogrudi. Hərə bir daş, hərə bir daş, onu daş-qalaq eliyillər. Bu qız taqətdən düşür, eşşəy bunu aparır şəhərin kənarında bir xarabalığa, burda qızın ürəyi gedir, yıxılır zibilxanaya. O zibilxananın yanında bir qoca arvad yaşıyirmiş. Görür bu zibilxanadan zarıltı gəlir, itlər də yığılıb başına hürür. Görür qız xeylağıdi. Götürür gətirir, onun yaralarına məlhəm eliyir, saxliyir. Saxliyir, saxliyənnən sora, deyir:
– Sən kimsən?
Qız deyir ki, bəs hali-qəziyyə. Mənə demişdilər ki, fılan vaxti sənin başıva böyük bir hadisə gələcək rüsvayçılıq olacağ. Ona görə mən evdən çıxmışam. Şah qızıyam. Mən şah qızıyam. Atasına da demişdi ki, əgər bir ilə gəldim, gəldim. Gəlmədim, bil ki, mən ölmüşəm. Artıq bir il olmuşdu.
Atası da qara bayraq sancır, elan eliyir ki, hamı esana gəlsin, mənim qızım ölüb. Mənim qızımdan sorağ yoxdu. Bu qız o əhvalatı danışannan sora o qarıya, çıxır gedir öz vilayətinə. Gedir görür bi çoban. Deyir ki, çoban, nədi, sən niyə qara geyinmisən?
Deyr:
– Şahın bi dənə qızı var idi, o ölüpdi. Ona görə biz hamımz qara geyinmişük, qara bəzənmnişük.
– Bə bu qoyunlar nədi?
Deyir:
– Qoyunlara da qara vurmuşuk ki, şahın qızı ölüb.
Deyir:
– Sən get şaha deginən ki, sənin qızın qalıb, salamatdi, mənim yanımdadi.
Deyir:
– Elə şey olar?
Deyir:
– Vallah! Sən get, yaxşı mükafat alarsan.
Şah da diyir ki, hər kim qızımın sorağın mənə versə, nolur olsun, o qızı ona verəciyəm. Bu gedir, qapıçı onu buraxmır.
Deyir:
– Burax məni, mən şaha şad xəbər verəciyəm.
Şah diyir ki, onu buraxun gəlsin. Çoban gedir deyir ki, sənin qızun tapılıb. Sənin qızun mənim yanımdadi. Dedi:
– Belə şey olar?!
Deyir:
– Hə.
Gedir qızı gətirir. Görür qızi sağ-salamatdi.
Deyir:
– Qızım sən niyə belə elədin?
Deyir:
– Ata başıma böyük bir rüsvayçılıq olaceydi, sən də biabır olaceydun. Ona görə mən bu vilayətdən getdim. Sənə görə, şəmadət olmiyəsən. Ona görə mən bu hadisədən qutardım, bu mənim başıma gəldi qutardı. Mən sağ-salamatam, ata.
O qara bayraqlar götürülür, qırmızı sancılır, şah onu əvəz eliyir toya. Verir qızını həmin o çobana.