Söyləyicilər:
Güləsər Dadaşova, doğum tarixi 1942, təhsili 7 illik, Musaküçə kəndi
Musarza Mirzəyev, doğum tarixi 1958, təhsili ali, Mahmudavar kəndi
Südabə İsayeva, doğum tarixi 1952, təhsili orta, Ərkivan kəndi
Səmərrux Süleymanova, doğum tarixi 1924, təhsili orta ixtisas, Xırmandalı kəndi
Rəxşəndə Məmmədova, doğum tarixi 1936, təhsili 7 illik, Şərəfə kəndi
Rübabə Məmmədova, doğum tarixi 1908, təhsili 7 illik, Köhnə Alvadı kəndi
Toplayıcılar:
Füzuli Bayat
Nuridə Muxtarzadə
Vüsalə Kərimova
19. ÇOBAN NƏĞMƏLƏRİ
Aşığ:
Sənə qurban olum gül üzlü çoban,
Sənə qismət olsun çöllü-biyaban.
Ayağım yalındı, çörəyim yavan,
Çoban qardaş, mənə bir doğramac ver.
Çoban görək cavabında nə deyir buna:
Sənə qurban olum yolnan gedən aşığ,
Könlüm olubdur könülə sarmaşığ.
Nə camım yoxdu, nə qaşığım,
Bi cam yondur mənə, bi də qaşığ.
Alabaş şişək qoyun,
Yunu bir döşək qoyun,
Bulamanı bol elə,
Çobannan barış, qoyun.
Nənəm ay kürdü qoyun,
Otdadı, durdu qoyun.
Qarannığ gecələrdə,
Görürdü qurdu qoyun.
Nənəm, ay narınc qoyun,
Yunu bi qarış qoyun.
Sən tükünü bol eylə,
Çobannan barış, qoyun.
Qoyunlar haqqında
Kələ qoyun var, külə qoyun, narınc qoyun, ağ kələ var. Hamısından var dənə, fərqi var biri-birinnən. Bənööş qoyun bir sortdur. Bənööş qoyunun sortu bi sortdu, çal qoyunun sortu bi sortdu, ağ qoyunun sortu ayrı sortdu, hər kəsənin sortba-sortu var. Sora qara qoyunun sortu ayrı sortdu. Qara qoyunun qovurması, kababı daddı olur. Yeməyə, düzdü, südünü bəyənmirik, amma ətinin qovurması, kababı daddıdı. Çünki günü özünə çəkir, əti çox şua alır, onnandı. Cürbəcür qoyunnar var. Çal qoyunun rəngi ayrı şeydi, hər kəsən bir tərəfdə otduyur, yeyir. Çörəyin yeyir, suyun içir. Keçmiş vaxtı ağ qoyunun yununnan gəlin üçün gəlin paltarı salırdılar. Ağ qoyunun yununnan köynək toxuyarlardı. Dizi qara, gözü qara, o qaldı nə üçün, qurban üçün. İsmayıl qurbanını həmişə atalar deyərdilər, dizi qara, gözü qara qoyunan kəsəllər. Dizində gərək axsağlığı olmuya, gözündə korruğü olmuya, başı salamat ola. Ağ qoyun, özü də dizi qara, gözü qara o qurbannığdır. Doğulan kimi deyirsən bu qurbanlığdı. Bənööş qoyunun həmişə xüsusiyyətidi, balası yaxşı olar, yunu təmiz olar. Doğduğu bala qıvrağ olar.
Söyləyici:
Əleydər Məlikov, doğum tarixi 1933, təhsili yoxdur, Hacıtəpə kəndi
Toplayıcı:
Füzuli Bayat
20. BİCAR MAHNILARI Çəltik əkini
Bicar çəltiydi. Çəltig əkininə əvvəla bicar yeri deyillər, çəltih yetişdirmənin adı bicardı. Bicar olan yerə su doldurullar. Bicar yeri kvadrat şəklində olur. Toxumu həmin yerə səpillər. Burda çıxannan sora, keçirillər onu məcrə deyilən yerə. Orda da eyni bicarrığ kimi olur. Kvadrat şəkilində olur bütün sahə hamısı. Onun içində həm gəzillər, həm də ki, onun içinə su buraxıllar ki, su axıb getməsin, çəltigin dibində qalsın. Bicarrığ da elə olur. Çəltih suyun içində yetişir. Yetişənnən sora da burda yonullar dəstə-dəstə, topa bağlıyıllar, onları aparıllar bir-bir. Orda qadınnar əkir dal-dala, götürür tez-tez əkə-əkə dal-dala gedillər. Çəltih suyun içinə əkilir.
Yığılanda da ki, keçmişdə əlnən biçərdilər. Çinnən biçib dərz-dərz bağlardılar. Sora çəltigi döyməyi də dinglə döyərdilər. Dingin ağzı mismar kimidi, bu, çəltiyə dəyib ona əzməydən ötəridır. Bizim yerli düyü sədri düyüsüdü. Bir az kobud dügüdü, güdəydi. İndikilərdən iki dəfə güdəy, ona görə də topal deyərdilər. Amma çox yaxşı xörəyi olurdu. Onun plovunun iysinə doymaq olmazdı. Yoldan keçənlər hamısı bilərdi ki, bu evdə plov bişib.
* * *
O vaxtlar bizim kətdə çəltih əkərdilər. Sarı siyəzilər olardı və bi də ki, çual olardı. Düyünü yığardıq ora. Bi dənə düyü düşsəydi aşağı, o vaxt irəhmətlih qağam diyərdi:
– Ay bala, bunu ayaqlamıyun haa, qulfuvallahdı.
Dügü qulfuvallahdı. Elə bil ki, Allahın ən əziz yaratdığı odu də. Ən birinci biz onu əkəndə diyirdik, bismillahi rəhmani rəhim. Allah! Özün min bərəkət ver! Nur bərəkət ver! Bərəkətli olsun!
Bicarda xüsusi qaydalar vardı. İşdiyərdilər, qutarardılar, yemək sırasına korgar diyərdilər. Məsələn, günortaya kimi işimiz var, günortadan sora yeməh bişirməh lazımdı. Hə onda hamı bi iskan nehrə yağı, bi də beləncik bankə dügü hamımız aparardıq. Məsələn, üc, dört dənə yumurta, onnan sora göy soğan, hayatdan kişniş, varsa başqa şeylər də olardı. İki-üc dənə arvad ayrılardı, olar günorta bişirərdilər. Hər burqəder də, səni başa salım, iyirmi, iyirmi iki nəfər adam, məsələn, bu gün Füzulinin burqederi korgar edəcəh, sabah yox biri gün bir başqası korgar edəcəh. Hərkəsən özü eliyərdi. Şənlənərdik, qırğın, qiyamat. Halaya gedərdih:
Yerişin qaza bənzər, boyun şahbaza bənzər,
Mən səni görənnən qış günü yaza bənzər.
Çəltiyi soranda da deyərdih:
Saman sənin, dəni mənim.
Belə diyərdik də, səfeh vaxtlarımız idi.
Çəltigi də, buğdanı da biz həmişə kosarıya yıgardıq. Kosara da həsirdən düzələrdi, qurd basmasın diyə. Bir il qalır, il yarım qalır, bala. Hec zad olmurdu.
Dostları ilə paylaş: |