Düyüdən bişirilən çörəklər: lökü və çəngülüdür. Bunnar süddə bişirilir. Çəngülü düyü ununu südlə qarışdırıb sac üzərində bişirilir. Lökü çörəyinin xamırı südlə yoğrulur. Sonar lökünün bişiriləcəyi tavanın içinə yağ çəkilir. Xəmir yumrulanıb tavaya qoyulur, çörəyin xəmiri barmaqla deşilib, yerinə yaq qoyulur. Tavanın üstünə sac qoyulur. Tavanın həm altı, həm də üsdü odla qalanır. Lökü həm altdan, həm də üstdən bişir. Lökünün xəmirinə bir az da şirni qatılır.
Cənub zonasında XIX yüzilin sonlarından başlayaraq düyü əkini yayqınlaşmağa başladı ki, bu da XX yüzilin 60-cı illərinə qədər davam etdi. El arasında çəltih adı verilən bu əkin prosesi bicar adlanırdı. Bicar işi əsasən qadınlar tərəfindən görülürdü. Halay mahnılarının bir qismi də bicar zamanı oxunurdu. Bundan başqa müstəqil bicar mahnıları da vardı. Bunu keçən əsrin 40-cı illərində Kazım Aslanlı toplamış və Ərtoğrol Cavidin sonradan çıxan kitabında nəşr edilmişdir.