Masalli folkloru 2



Yüklə 2,37 Mb.
səhifə6/57
tarix06.03.2018
ölçüsü2,37 Mb.
#44425
1   2   3   4   5   6   7   8   9   ...   57

4.2. Umma



Umma elə şeydi ki, qadın da, kişi də uma bilər. Bında iy tutma, şişmə olur. Biri olub, yatıb yuxuda görər ki, süfrə sə­rilib məsəl o yağlı fətiri götürüb uzaddı mənə, yuxuda görər. Bu gəlin 2-3 gün belə sürünər gəzər. Gördülər ki, elə bu əlini sinəsinə aparır hey. Deyillər, ay Ağabacı, nolub? Deer mənim buram (qol altı) öldürür məni. Soruşullar, olma bi yerdə bi şey görmüsən, iy çəkmisən. Deer, mənə saralı fətiri uzaddılar yu­xuda, alıb yemədim. Gedib qoca nəniyə deyillər əhvalatı. Elə həmin nənə eşitcəyin gedir həmin adamın evinə. Ev yiyəsi bi dənə yumurtanı bişirir duz da atır, verir gəlinə. Gərək hansı evdə səni iy vurubsa, o evin duzunnan dadasan. Əsasən süd ve­rən adamlar, hamilələr umur. Ama subay adamlar da uma bilər.

Gərək o mament iy çəkəndə, umanda əlini aparasan bur­nuna, çəkəsən burnuna 3 dəfə, deyəsən evimizdə bişir. Bu iş qəti həkimlik deyil. Çünki uman adamın, qadının qolaltı, döşü şişir. Kişilərdə isə ya sifətə, ya boğaza, ya da xayalığa şiş ve­rir. Səni harda iy vurubsa, həmin o iy gələn evi tapmalısan. O evin duzunnan bi damcı yumurtaya vurub bişirsin (ən yüngül yemək budu). Hökmən döyül, umduğun yemək olsun. Əsas odu ki, yemək həmin evdə bişsin. Yeyən vaxtı qəfildən vu­rul­lar arxadan kürəyivə, diksinərsən. Onnan da gedər.

* * *

Demək bir gün bir uşağın anası ölür, atası evlənir. Ata analığ gətirir. Bu uşağ da oğlan uşağı idi. Bu zalım ana, ögəy ana o qədər namərddiy eliyərdi ki, bişirərdi öz doğduğ­larıy­nan yeyərdi, bu uşağ da o yanda çömbələrdi baxardı. Uşağ ba­xa-baxa qalardı. Bir gün qonşu arvad gələr görər uşağ çöm­bəlib oturduğu yerə nəsə damıb. Qadının əynində sırığlı var­mış. Götürər bunun pambığınnan çıxardar, o damanı silər yer­dən, qoyar yenə də bu sırığlının cırığ yerinə. İl ötər, ay dola­nar, bı oğlan böyüyər, evlənər. Bunun evladı olmaz. Bu arvad bu sözü eşidər. Bilir də bu nətəri olub. Çağırar həmən uşağı qonağ kimi evinə. Həmən o pambığı oğlannan gizdin suda isdadar, tökər onun çayına, verər həmən oğlana. O da bilmə­dən içər. Onnan sora onun bir neçə evladı olar. Oğlan uşağı ummadan o dərdə düşə bilər.
* * *

Məsələn, gedirsən bi həyətə görürsən ki, kabab iyi gəlir. Onu özün də bilmədən şişirsən. Bədən şişir. Allah, bı nədən ola bilər? Tez gedillər qonşudan o ətdən biyaz gətirillər, çır­pıl­lar səən kürəyüvə, amma sən bilmirsən, sora da xörəyi qo­yullar qabağuva, yeyirsən. Onnan da umma çəkilib gedir.

4.3. Çilə



Çiləni çıxardmağ üçün onu aparırdılar bırda ocağ var qədimnən qalan, ora. Böyük adam da çiləyə düşə bilər. Onu da aparıllar orda çiləsini kəsillər, amma əsas balaca uşaxlar çox düşür çiləyə. Bir də var balaca vaxdında düşür çiləyə bil­millər. O qalır onun canında ta işi düz gəlmir, onnan pul qaza­na bilmir, hayana gedir işi düz gəlmir. Onun da sözzəri var, onu deyillər, aparıllar ocağa ya da seyid yanına. Ocağa gö­rürsən hər adam gəlir, pıla görə yiyə durur. Heç nə bilmir o. Am­ma bizim buralarda Mirbaba əmi vardı, indi o, rəhmətə gedib. Ora gedirdilər.

Deməy, çilə çıxardmağ üçün yarqənəd var e, o yar­qə­nədi tutursan, onnan salırsan onu bi dənə bankəyə, yarım­ki­loluğa, ağzını da örtürsən, qoymursan ölsün. Onu aparırsan ora, seyidin ocağına, o da götürüb ora biyaz su tökür, ancağ gə­rəy ölməsin yarqənəd. Yanınnan tökür suyu bankəyə. Ba­şua şey atır, onu tökür ordan, deer mən bunun çiləsini kəsdim. Evladı olmıyannar da görürsən gedir orda, ocağda çilə tökür oon başına, yarasa da uçur gedir. Yarasa məsələn, ortalıqdadı bankədə, suyu tökür qırağdan ki, ölməsin. Qoymur qaçmağa da. Çiləli adamı üzü qıblaya ağacın altında qoyullar, bankə­də­ki suyu tökür başına, yarasa da uçur çıxır gedir. Sora beş ay çəkir, üç ay çəkir evladı olur, ya da məsəl, işi düz gəlir.

Körpə uşağ da düşəndə çiləyə orda da özü deyir, Allahı çağırır, peyğəmbəri çağırır, imamı çağırır, cəddini çağırır. Onu da sözzərinnən teştinnən gedir su götürür, cam var olarda oon da başına atır bi şey, üzün çöörür qibliyə, çiləsini kəsir. Onnan sora sağalır. Özün isdiyirsən indi bi maad, iki maad verirsən, qulpunnan nə çıxır.
* * *

Mən çilə də kəsirdim, bırda bi alma ağacı var idi, onun altında o qədər uşağ çıləsi, arvad çıləsi kəsdim ki, Allahtala onun barın olara verdi, ağac da qurudu.

* * *

Çiləyə düşəndə adam arığlıyır, günü-günnən dala gedir. Mənim qızımın biri düşüb çiləyə. Uşağ da düşə bilər. Gəldim çi­lə kəsənin yanına, uşağı aldı mənnən, gəlin apardı evdə çi­ləsini töksün. Bu da ağır seyidin eviydi doğurdan. Gördüm ki, qaynana uşağı alıb ona verəndə dedi ki, Bahar, apar uşağın çiləsini tökdür, ancağ göz-qaş elədi nəsə gəlinə. Elə bilir, mən görmədim. Mən də dedim, ay Allah, bu özü ayağ tutub yeri­sin, mən apararam bunun nəzirin verərəm əlinə, orda qənd­dən, çaydan, ayınnan-oyunnan alaram özü aparıb paylasın.

Aradan vaxt keçdi. Bi gün dedim, Sələmə xala, yadunda bu uşağı aldun məən əlimnən verdün gəlinə, özün də göz elə­dün ki, ölər qalmaz. Vay canım öləsən dedi, belə də vurdu özü­nə gü­lə-gülə. Sən onu gördün onda, bala? Dedim, hə, gör­düm, ancağ ağartmadım. İndi nəzir elədim, dedim, gətirsin versin sənə. Ba həmin qızdı ya bu. Deməy, çiləni nətər kə­sil­lər. Deməy, camları var da oların, seyid camı da. Onnan su gö­türdü, üsdünə ələk qoy­du. Tutdu uşağın üsdünə. O ələydən suyu tökür, ələyi silkə­ləyir. Sora dedilər, apar at köh­nə qəbirə. Əyər ağlasa, deməy, evi isdiyir, ağlamasa qəbiri. Bu qız da ağladı, götürüb gəldüy evə.
* * *

10 illərnən, 15 illərnən uşağı olmıyan gəlinnər gəlir bıra çiləsini kəsirüy. Bi dənə yaylığ götürüb atırsan başuva, suyu tökə-tökə deyirsən, ilahi bı nəyinənsə dua eliyib gəlirsən də niyyət eliyirsən ki, Allah, bı gəlini naumıd qoyma, övlad pa­yın ver. Çilə ancağ övladsızdığa gorə kəsilir. Amma gərək tə­miz pak qüsullu-müsullu olasan. Çiləkəsən özü də ibadət ada­mı olmalıdı ha, elə belə yox.

* * *

Məsələn, birinin deyillər, uşağı olmur. Gecikir, gedib çiləsini kəsdirməlidilər. Onu gedirsən, belə balaca mis cam olur. Onun içinə bir az su töküllər. Sora uşağı olan gəlin durur üzü qibləyə. Bir barrı ağacın altında. O camdakı suyu onun cinağınnan, başınnan üç dəfə tökür, onun çiləsini kəsir.
* * *

Öz nəvəm yerimirdi. İki yaşı varıydı. Mən bir dənə uşağ kostyumu aldım. Bu kostyumu apardım həmin yaşdı adamın yanına. Apardım onun çiləsini kəsdirdim. Həmin o kostyu­mun üstünə elədi camdakı suyu tökdü. Uşağı həkimə aparmağ istəyirdilər. Sora götürüb bu paltarı geyindiriblər ona. Bular gəlib görüblər ki, ədə, bu uşağ əməlli-başlı yeriyir.

Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin