Bax, mənim nənəm birinci dəfə ailə qurub, onun yoldaşı, molla Dəyyan, İranda darulfunu qutarıb. Həm təbib olub, həm də alim olub. Nənəm 5 il nişannı olub, onun yolun gözdiyib. O, həmin adam gəlib, 30 yaşında rəhmətə gedib. Bir dənə oğlu da var imiş, o da ölüb. Molla Dəyyan şura hökuməti vaxtı qorxudan ölüb, onu qızıl kəmərbənd üstündə şuranın adamları başının üstündə tapança tutmaqla ölümlə qorxudublar, o da cəmi yeddi gün yaşayıb, sora da ölüb.
Sora bu kişi ölənnən sora nənəm hələ cavan gəlin imiş də. Qaynatası qalıbmış hələ. Kişi deyib ki, bı gəlin evdən getsə, mənim bağrım çatdıyar. Mamamın da, atasının arvadı ölübmüş. Nənəmi alıblar qaynına. Sözümün canı nədi, mənim yadımdadı kətdə, kimin uşağının ağzı belə pıçılğan olurdusa, yəni pambığça deyirüy e, bax helə. Ağzın içərisi belə səpirdi ye, ağappağ olurdu. Hə, nənəmin də uzun xinalı hörüyləri var idi, qıpqırmızı. O uşağları gətirirdilər onun ynına, inanın Allaha, nənəm belə saçın yuyuardı, həmin uşağın ağzına 3 gün, 3 dəfə çəkərdi, uşağı götürüb aparırdılar. Onnan da uşağ 3 günə sağalırdı. O vaxt deyirdilər ki, qaynına gedən adam, o saçıynan uşağın ağzına çəkərsə, o sağalar. Bax mən bunun şahidi olmuşam, sağalırdı da uşağ. Tək mənim nənəm yox eee, bütün qaynına gedənnərə ayid idi bu deyim. Elə bizim kənddə qaynına gedən başqa arvadda da pambığça xəstəliyini, ağız yaralarını sağaldırdılar. Nənəm nə falçı idi, nə də baxıcı.
Söyləyicilər:
Gülcahan Ələkbərova, doğum tarixi 1927, təhsili yoxdur, Qızılagac kəndi
Rübabə Ələkbərov, doğum tarixi 1929, təhsili 7-illik, Qızılağac kəndi
Fatma (Pərzad) Tağıyeva, doğum tarixi 1938, təhsili 7-illik, Gəyəçöl kəndi
Güləsər Dadaşova, doğum tarixi 1942, təhsili 7-illik, Musaküçə kəndi
Həsən Əhədov, doğum tarixi 1935, təhsili ali, Həsənli kəndi
Zəhra Bədəlova, doğum tarixi 1931, təhsili orta, Hişkədərə kəndi
Mədinə Həsənova, doğum tarixi 1941, 7-illik, Xirmandalı kəndi
Həlimə Rzayeva (həbəçi), doğum tarixi 1924, təhsili yoxdur, Digah kəndi
İpək Quliyeva, doğum tarixi 1924, təhsili 7-illik, Səmidxan kəndi
İmanqulu Məmmədov, doğum tarixi 1949, təhsili ali, Səmidxan kəndi
Mərziyyə Məmmədova, doğum tarixi 1951, təhsili orta, Səmidxan kəndi
Rəfayıl Vahabov, doğum tarixi 1944, təhsili ali, Göylənni kəndi
Rəxşəndə Məmmədova, doğum tarixi 1936, təhsili 7-illik, Şərəfə kəndi
Şövkət Hüseynova, doğum tarixi 1962, təhsili ali, I Məhəmməd Şıxlar kəndi
Mirbacı Əliyeva, doğum tarixi 1954, təhsili orta, Qəriblər kəndi
Ədibə Əliyeva, doğum tarixi 1964, təhsili ali, Şərəfə kəndi
Toplayıcılar:
Füzuli Bayat
Nuridə Muxtarzadə
5. İNANCLA BAĞLI MÜALİCƏLƏR
Bax meşədi burda, gedmişüg ova. Yolu itirdim. Mən indi bilməliyəm ki, hansı tərəfdən gəlmişəm. Mən necə bunu öyrənə bilərəm?
İt hürən tərəfə getməlisən.
– Yox, it filan yoxdu orda.
Ağajdarın yarpağınnan bilmək olar.
– Yox.
Hə, bəs necə?
Demək, gün dəyən tərəfdə, mamır olmur. O, kölgə tərəfdə mamır olur. Mamırı gördün ki, bu tərəfdə, demək, sən əks tərəfdən gəlmisən. * * *
Dayım cindardu. Dayım şirinliyə eliyərdi. Uşağ düşəndə, eliyəndə dua yazardı. Məndə iki dənə düşüb.
Didi, sən gəlginən dua yazım, tay sənə zaval olmaz. Onnan o dua yazdı, o qızım qaldı.
Cümə axşamlar ruhlar evə gəlir. Əgər xoş danuşdun, güldün, xoş gedəcək. Vuruşmə oldu, qavğa oldu, söyə-söyə gedəcək. * * *
Təzə gəlin gətdüy. Mebelin güzgüsü bir az çəkiş vuranda sındı. Mənə dedi, qizə, güzgü sınanda neçə dənə qızın bəxti açıldı. Uşağa nəzər dəgəndə xəmiri yumağ-yumağ eliyib divarlara vururlar. Quru unu da divarlara səpirlər. Uşağa nəzər dəgəndə xəmir divara yapışır, düz çövürürük başına, sancağ yaxasına vururq.
* * *
Bir dənə uşağım var idi. Uşağ balnisadan gəldi, dedi, çatdıyıb ölərəm. Dedim, a kişi, sən get molannın yanına. Kişi dedi ki, bu uşağ nəzərə gəlib. O getdi nəzər duası yazdırdı, uşağ dirildi. * * *
Uşağın başının altına yumurta qoyardılar. Başına bir sancağ vurardılar. Gözmuncuğu vururdular göz dəyməsin, deyə. Göz var idi, indi də var. * * *
Nəzər var. Mənim iki qardaşımı nəzər vurdu. Nəzərdən Allahın xəbəri yoxdu. Nəzər mundardı. Nəzərdən qurtarmaq üçün dua yazırlar. Qabağ bizdə seyid çox idi. Üzərliy yandı-rırıq bayramda. Nalı vurarsan pol, bərk olar. Gecə güzgüyə baxarsan şeytan səni azdırar, dəli olarsan. Gecə incil altından keçmək olmaz. Haran ağrıyır, hərəkətin yoxdu, get göy söyüdü qucağla denən ki, düzgünnüyümü verirəm sənə düzgünnüyüvü ver mənə. Üç dəfə o söyüd yanacağ sən diriləcəysən. * * *
Qabağ oğlan uşağını ocağa tos tutarmışlar, ya səkiyə bir belə üstünə su səpirsən. Yeyərdilər düyünü, bir qırağa tökərdilər. Deyərdilər, onda toyuğun da payı var. Biz yeyərdik həmişə, süfrəni aparıb həyətə çırpardığ. Həyəti süpürüb küncə yığarsan a o, kifirlikdi. Qədimdə deyərdilər, süpürgəynən süpürüb küncə yığma-cinlər yığılar ora. * * *
Qurban olduğum, övladları, insanları dünyaya gətirəndə deyir, mənim nəzərdən xəbərim yoxdu. Özüzü nəzərdən qoruyun. Nəzər belədi ki, bəzən o körpə uşaqları cox görsətmirlər. Onun başına duz cövürəsən, sora üzərrikdən soğanın qabığından, bir az pambıq yandırırsan ki, uşağın başından getsin bu. Ən cox duz yaxşıdı, duz çox qəşəngdi. Duzu sora oda atma ha, ayağının birini qapının bu tərəfinə qoy, birini bu tərəfinə. Ayağının arasından cillə qoy getsin. * * *
Caduda ən təsirri yol canavar əlidir. Canavar çəngi var, onnan da su tökə bilərsən başına. Onu lap heç nəyə ümüd gəlmiyənnərə eliyillər. Buna qurd əli də deyillər. Bi də bi şey də var, məsəl, bu qurd əlini iki nəfərin ortasınnan kecirtsən, o iki adam məhv oldu demək. Elə bil yoldaşunnan səən aronnan kecirtsəm, vəssalam məhv oldun. Bu da ancağ pisdiyə eliyənnər də olub.