Maşin təRCÜMƏSİNDƏ semantik təHLİL İxtisas: 5701. 01 – Tətbiqi dilçilik



Yüklə 121,44 Kb.
səhifə5/14
tarix05.01.2022
ölçüsü121,44 Kb.
#111304
1   2   3   4   5   6   7   8   9   ...   14
Tədqiqatın metodları. Dissertasiya işində, əsasən, müqayisəli, təsviri, müqayisəli-qarşılaşdırma, modelləşdirmə metodlarından istifadə edilmişdir.

Müdafiəyə çıxarılan əsas müddəalar:

Maşın tərcüməsində semantik təhlillə bağlı aşağıdakı müddəalar müdafiəyə təqdim olunur:



  1. Cümlənin semantik strukturunun təsvirini vermək üçün müxtəlif predikativ vahidlərin məna səviyyələrinin (semantik abstraksiya səviyyələrinin) fərqli olması faktını nəzərə almaq lazımdır.

  2. MT-də semantik təhlil zamanı sözün semantikasından öncə onun leksik mənasını tapmaq lazımdır. Semantikanın əsasında leksik məna durur.

  3. MT-də semantik təhlil prosesini sadələşdirmək üçün sözləri mənalarına görə semantik sahələrə bölmək lazımdır.

  4. Semantik sahələrdə dilin leksik vahidləri bir məna altında qruplaşmalıdır. Burada, həmçinin çoxmənalılıq həll edilməlidir.

  5. MT-də semantik təhlil prosesində sözlərin məna çalarlığı onun konteksti ilə aşkara çıxarılmalıdır.

  6. MT-də semantik təhlil zamanı sözlərin komponentlərinə görə təhlili də vacibdir.

  7. MT-də semantik təhlil üçün semantik lüğətlər, tezauruslar tərtib edilməlidir.


Yüklə 121,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin