Azərbaycan dilçiliyində tezaurusların tərtibi ilə bağlı müəyyən işlər görülmüş, tikinti üzrə məlumat-axtarış tezaurusu hazırlanmışdır70.
Tədqiq olunan elm sahəsinin semantik modeli kimi tezauruslar dil vahidlərinin (söz, söz birləşməsi) mətndəki konkret mənalarının açılmasına xidmət edir71.
Yeni nəsil kompüterlərin getdikcə daha da inkişafı və təkmilləşdirilməsi MT-də semantik təhlilin yeni baxımdan izahı və qurulması imkanını yaradır.
MT-də semantik təhlilin reallaşdırılması informasiya kommunikasiya texnologiyalarının inkişafına ciddi şəkildə təsir göstərən əsas amildir.
Dostları ilə paylaş: |