Maşin təRCÜMƏSİNDƏ semantik təHLİL İxtisas: 5701. 01 – Tətbiqi dilçilik



Yüklə 121,44 Kb.
səhifə6/14
tarix05.01.2022
ölçüsü121,44 Kb.
#111304
1   2   3   4   5   6   7   8   9   ...   14
Tədqiqatın elmi yeniliyi. Təbii dil emalı (TDE) dövrün ən aktual məsələlərindəndir. Dil emalı üçün MT-nin semantik təhlil mərhələsi xüsusi əhəmiyyətə malikdir. MT-də semantik təhlilin yerinə yetirilməsi ilk dəfə olaraq bu dissertasiyada tədqiqata cəlb olunmuşdur. MT-də semantik təhlil prosesində sözlər mənalarına görə semantik sahələrə bölünmüş, komponentlərinə görə təhlil edilmiş və sözlərin semantikası leksik mənadan çıxış edərək müəyyənləşdirilmişdir. Burada, həmçinin sözləri mənalarına görə qruplara ayıraraq cədvəllər qurulmuş, onlar arasındakı əlaqələr göstərilmişdir. Tədqiqat işinə “Gizli semantik təhlil” və “MapReduce” proqramı cəlb olunmuşdur. MT-də semantik təhlil mərhələsində ən mühüm problemlərdən biri olan polisemantiklik araşdırılmış, çoxmənalı sözlərin semantik təhlili aparılmış, cümlə daxilində sözlərin qrammatik, leksik və semantik təsvirini müəyyən edən və onların uyğun formulunu göstərən cədvəllər qurulmuşdur. Bütün bunları nəzərə alaraq, yuxarıda sadaladıqlarımızı tədqiqat işinin elmi yeniliyi hesab etmək olar.


Yüklə 121,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin