Şell alqoritmi ilə massivin çeşidlənməsi üsulunun ideyası ondan ibarətdir ki:
əvvəlcə massivin bir-birindən ən uzaqda olan elementləri müqayisə edilir və tədricən bu interval daraldılaraq ondakı kütləvi nizamsızlıq aradan qaldırılır;
sonuncu addımlarda nizamlama sadəcə olaraq qonşu elementlərin yerlərinin dəyişdirilməsinə gətirilir.
Massivdə axtarış
Bir çox məsələlərin həllində massivin müəyyən informasiyaya malik olub olmaması ortaya çıxır.
Məsələn, Ağayev adlı tələbənin massivdə olmasını yoxlamalı.
Bu tip məsələ massivdə axtarış adlanır.
Ən sadə axtarış alqoritmi - sadə seçmə üsuludur. Massivin elementləri nümunə ilə ardıcıl olaraq o vaxta qədər müqayisə edilir ki, nümunəyə bərabər element tapılsm. Sadə seçmə alqoritmi massivin elementləri nizamlı olmadıqda tətbiq olunur.
Praktikada axtarış elementləri müəyyən kriteriya üzrə nizamlanmış massivlərdə aparıla bilər.
Nizamlanmış massivlərdə daha effektiv binar axtarış üsulu tətbiq olunur. Bu üsulun mahiyyəti - sayca orta element seçilir (məsələn, artan massivdə) və bu elementlə nümunə müqayisə edilir.
Əgər orta element nümunəyə bərabərdirsə, məsələ həll edilir.
Massivin ən kiçik (ən böyük) elementinin axtarışı
Nizamlanmamış massivdə ən kiçik (ən böyük) elementin axtarışı alqoritmi aşağıdakı mərhələlərdən ibarətdir:
Fərz olunur ki, massivin birinci elementi minimal (maksimal) elementdir;
Əgər növbəti yoxlama zamanı aşkar olunsa ki, yoxlanan element minimal (maksimal) elementdən kiçikdir (böyükdür), onda bu element minimal (maksimal) element qəbul edilir və qalan elementlər yoxlanılır.