İqtisadiyyat, Beynəlxalq Münasibətlər və Menecment fakultəsi Massivlər və onların təsviri. Massivlərin nizamlanması və massivlərdə axtarış alqoritmləri. Dos. Dr. Qasımov Qasım Q.
Dos. Dr. Kərimov Vaqif Ə.
Birölçülü massivlər
Massiv- əvvəlcədən məlum olan indekslənmiş eynitipli komponentlər küllisidir. Massivlər bir və çoxölçülü olurlar.
Tutaq ki, S = a1 + a2 + ....+a100 cəmini hesablamaq tələb olunur. Ona a adı versək, onda onun komponentlərini a1, a2,..., a100 ilə işarə etmək olar. Bu elementlər yığımı isə massiv adlanır.
Bu massivin elementləri həqiqi tip olduqda onu a: Array[ 1. .100] of Real; elementləri tam tip olduqda isə a: Array [1. .100 ] of Integer; kimi təsvir etmək olar və ya Type MAS = Array [ 1. . 100 ] of Real; Var a : MAS;