Massivin daxil edilməsi dedikdə, onun elementlərinin qiymətlərinin daxil edilməsi başa düşülür.
İstifadəçinin massivin hansı elementinin daxil edilməsini proqramın gözlədiyini bilməsi üçün massivin növbəti elementinin daxil edilməsindən qabaq izahat təşkil etmək məsləhətdir.
Massivin elementlərini daxil etmək üçün for instruksiyasından istifadə etmək əlverişlidir. Məsələn, for i: =1 to n do readln ( a[i]); for i: =1 to n do for j: =1 to m do readln ( a[i, j]);
Massivin çapa çıxarılması
Massivin çapı dedikdə, onun elementlərinin qiymətlərinin ekrana çıxarılması başa düşülür.
Əgər proqramda massivin bütün elementlərinin qiymətlərini çıxarmaq lazımdırsa, onda bunun üçün for dövr operatorundan istifadə etmək əlverişlidir.
Bu zaman massivin elementinin indeksi olaraq hesablayıcı - dəyişən istifadə oluna bilər.